Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-96)-661/2026 11.03.2026 BAKI ŞƏHƏRI QARADAĞ RAYON MƏHKƏMƏSI Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis şöbəsinin sahə inspektoru, R X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.1993-cü il tarixdə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: *******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Qaradağ RPİ-nin 11-ci PŞ-nin sahə inspektoru, R X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerdən narkotik vasitə olan marixuana tapmış və həmin gün Qardağ rayonu, Qobustan qəsəbəsində olarkən siqaretə dolduraraq istifadə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon Polis İdarəsinin 11-ci PŞ-nin sahə inspektoru, R X2 protokolu müdafiə edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şübhəli şəxs kimi saxlanılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nə gətirilmiş, sonra isə narkoloji müayinəyə aparılmış və nəticədə müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə olan marixuana istifadə etdiyi aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitə olan marixuananı ilk dəfə istifadə etmişdir. Narkotik vasitəni siqaret paketində tapmış, sonra siqaretin içərisinə doldurmuşdur. Narkotik vasitəni heç kimdən almamışdır. Ailəli və iki uşağının olduğunu, ilk dəfə narkotik vasitə istifadə etdiyini nəzərə alaraq cərimə olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X1 tərəfindən verilmiş “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” ##.##.2026-cı il tarixli *** nömrəli aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X1 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının ##.##.2026-cı il tarixli, **** saylı rəyindən görünür ki, müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kannabinoidlərdən istifadə etmə halları aşkar olub. Lakin hal-hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. İnzibati qaydada tutma haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 11:00da tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokol, müayinə aktı, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xətanı ilk dəfə törədilməsi müəyyən edilmişdir. İnzibati xətaya görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli ##.##.2026-cı il tarixdən, saat 11:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-661/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-661/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver