Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-96)-668/2026 12.03.2026 BAKI ŞƏHƏRI QARADAĞ RAYON MƏHKƏMƏSI Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, R İsmayılov Tural Tariel oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati xəta haqqında materialda və protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Qaradağ Rayon DYPŞ-nin yol-patrul xidməti inspektoru, R İsmayılov Tural Tariel oğlu bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, gecə radələrində inzibati ərazidə xidmətdə olan zaman, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Volkswagen Passat CC” markalı **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılmış və müayinə zamanı sərxoşluq vəziyyətində olduğu və narkotik maddənin təsiri altında avtomobil idarə etdiyi ərazidə xidmət aparan yol patrul əməkdaşları tərəfindən aşkar edilmişdir. Qeyd olunan faktlarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən, inzibati icraatın başlanılmış və aidiyyəti üzrəməhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yolda hərəkətdə olarakən dönmə işığını yandırmadan dönmə əməliyyatı etdiyi üçün saxlanılmışdır. Hadisə Lökbatan qəsəbəsi ərazisində baş verib. Protokol müayinədən sonra tərtib edilmişdir. Ekspertiza, yəni tibbi müayinə sənədindəki həmin boşluq yeri sənədi tərtib edən həkimin səhvi olmuşdur. Yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz izahatında bildirmişdir ki, keçən il xeyir məclisi zamanı marixuana (“ot”) istifadə etmişdir. Bu hal polis əməkdaşları tərəfiondən müayinəyə aparılarkən aşkar olunmuş, ona görə də əvvəllər bir dəfə ayrıca inzibati qaydada cərimə olunmuşdur. Sonuncu, yəni ikinci hadisə zamanı isə axşam vaxtı güclü təsir göstərən psixotrop maddələrdən istifadə etməmiş, sərxoşluq vəziyyəti olmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Respublika Narkoloji Mərkəzi” PHŞ-nin həkim-narkoloqu X2 ilə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə videogörüntü formatında əlaqə yaradılan zaman bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə bağlı tərtib edilmiş ##.##.2026-cı il tarixli №*/*** nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı həqiqətən onun tərəfindən hazırlanmışdır. Tibbi müayinə aktının 12-ci hissəsindəki boşluğun olması onu göstərir ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aparılmış müayinə nəticəsində sərxoşluq vəziyyətinin olmadığı müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinə edərkən həmmin şəxsdə preqabalin aşkar edilsə də sərxoşluq halı qeydə alınmamışdır. Yoxlama zamanı hər hansı sərxoşluq halı mövcud olduğu halda tibbi müayinə aktında qeyd edilərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ## #### 2026-cı il tarixli İXP ******* saylı protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333-1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. ##.##.2026-cı il tarixli, */*** nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol sərxoşluğu, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluq əlamətləri olmadan preqabalin aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 333-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göstərilən norma nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edir, yəni inzibati xəta hadisəsinin baş verməsi üçün nəqliyyat vasitəsini idarə edən şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olmalıdır. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini idarə etsə də, inzibati xəta hadisəsini baş verməsi üçün zəruri olan narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olması halı mövcud deyildir. Belə ki, ##.##.2026-cı il tarixli, */*** nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının rəy hissəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol sərxoşluğu, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti hissəsində heç bir qeyd aparılmamışdır. Bu isə özlüyündə şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməməsini sübuta yetirir. Rəy hissəsindəki boşluqla bağlı şübhələrin aydınlaşdırılması məqsədilə aktı tərtib etmiş Respublika Narkoloji Mərkəzi” PHŞ-nin həkim-narkoloqu X2 ilə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə videogörüntü formatında əlaqə saxlanılan zaman müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluq vəziyyətinin müəyyən olunmadığı təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapmadığından Köçəri Tağıyevin əməllərinə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibinin olubolmaması Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2027-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahsı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından həmin siyahının 2.1, 2.2, 2.3 və 2.4-cü yarımbəndlərində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan şəxslərin siyahısı qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin yuxarıda təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333-1.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333-1.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-668/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-668/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver