Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-70/2026 22.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şikayət verən şəxs X2, Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X3 iştirakları ilə X2, DİN-in BDYPİ-nin X1 tərəfindən qəbul edilmiş 24 noyabr 2025-ci il tarixli, EQ 32199954 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X5 şikayətlə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət edərək EQ 32199954 saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətində bildirmişdir ki, xx.xx.2025-ci il tarixində ona İXM -nin 346.4. maddəsi ilə (Yanqoşqusu olmayan motosikletler, mopedler, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) EQ32199954 protokol tərtib edilmiş və qüvvəyə minmişdir. Lakin o, bu protokolla razı deyil, belə ki, baş vermiş hadisə nəqliyyat vasitəsində yaranmış texniki nasazlıq nəticəsində meydana çıxmış mecburi dayanma halıdır. Hərəkət etdiyi zaman avtomobilin mühərriki qəfil sönmüş və bu səbəbdən nəqliyyat vasitəsinin hərəkəti onun iradəsindən asılı olmayaraq dayanmışdır (MAF sensorunda (kütləvi hava axını sensoru) olan nasazlıq və hava filtrinin çirklənməsi səbəbi ilə). Bu hal "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 30-cu bəndində göstərilən "məcburi dayanma" anlayışına tam uyğun gəlir. Mühərrik sönən anda avtomobil mövcud sürətin (inert hərəkətin) təsiri altında o yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün nəqliyyat vasitəsini yolun sağ kənarına parklanma meydançasına doğru yönləndirmişdir. Nəticədə dayanma yolun birinci və ya ikinci hərəkət zolağında deyil, yolun hərəkət zolağından kənarda, parklanma qadağan edilməyən ərazidə, yəni orada yerləşən parklanma ərazisində baş vermişdir. Texniki nasazlıq səbəbindən yaranmış bu vəziyyət onun seçimi ilə həyata keçirilmiş dayanma olmayıb. O, dərhal qanunun tələblərinə uyğun olaraq nəqliyyat vasitəsini təhlükəsiz zonaya çıxarmış, problemi aradan qaldırmış və yalnız bundan sonra hərəkətini bərpa etmişdir. Bu xüsusiyyətlərə görə baş vermiş vəziyyətin bilərəkdən dayanma və ya durma kimi qiymətləndirmək yanlışdır və halın İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tətbiq dairəsinə aid edilməsi hüquqi baxımdan əsassızdır. EQ32199954 saylı protokolun ləğv edilməsi barədə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, lakin hörmətli hakim Rufan Mürsəlov haqlı olaraq şikayət ərizəsini geri qaytarmışdır (səbəb inzibati xəta üzrə qəbul edilmiş qərarın surəti şikayət ərizəsinə əlavə edilməməsi olmuşdur). Qəbul edilmiş QƏRARDAD-da (iş Nº 3(002)-2806/2025) qeyd edilir ki, mübahisələndirdiyi inzibati xəta haqqında protokolu şikayət ərizəsinə əlavə etməklə inzibati xətanın törədildiyi ərazi üzrə məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 öz izahatında şikayəti müdafiə edərək bildirmişdir ki, 24 noyabr 2025-ci il tarixdə idarə etdiyi “BMW 520 i minik” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-nin qarşısında hərəkətdə olarkən avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanmışdır. Daha sonra o, maşını yolun hərəkət hissəsindən parking hissəsinə tərəf çəkmişdir. Texniki nasazlıq səbəbindən yaranmış bu vəziyyət onun seçimi ilə həyata keçirilmiş dayanma olmamışdır. O, dərhal qanunun tələblərinə uyğun olaraq nəqliyyat vasitəsini təhlükəsiz zonaya çıxarmış, problemi aradan qaldırmış və yalnız bundan sonra hərəkətini bərpa etmişdir. Odur ki şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X6 öz izahatında verilmiş şikayəti qəbul etməyərək göstərmişdir ki, X5 24 noyabr 2025-cü il tarixdə, Lökbatan qəsəbəsi “Binə” TM-nın qarşısında idarə etdiyi “BMW 520 i minik” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və durma qadağan olunan işarənin təsiri altında olan ərazidə yolun hərəkət hissəsində avtomaşını saxlamışdır. Bununla da sürücü İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuşdur. Odur ki qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə şikayəti, iş materiallarını tərəflərin izahatını və hadisənin videogörüntüsünü araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 24 noyabr 2025-ci il tarixli EQ 32199954 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 24 noyabr 2025-ci il tarixdə, saat 14:22-də Lökbatan qəsəbəsi, “Binə” TM-nin qarşısında idarə etdiyi “BMW 520 i minik” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuş və 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışı zamanı təqdim edilmiş fotoşəkillərdən də aydın olur ki, qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanaraq digər avtomobillərin hərəkətinə mane yaratmaqla tıxaca səbəb olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 24 noyabr 2025-ci il tarixli EQ 32199954 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-70/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-70/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver