Məhkəmə qərarları › İş №3(5-96)-71/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-71/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-71/2026 28.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Barəsində tərtib olunmuş inzibati xəta protokolundan şikayət edən X1, Daxili İşlər Nazirliyinin Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı qərarının ləğv olunmasını və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X5 xx.xx.2026-cı il tarixli TP ******* saylı qərar qəbul edərək onu İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 manat məbləğində cərimə etmiş və 3 bal yazmışdır. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, xx.xx.2026-cı il tarixdə saat 17:46-da idarə etdiyi “X8 minik” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməklə yol hərəkəti qaydalarını pozmuşdur. Ona qarşı xx.xx.2026 tarixində Lökbatan Xocasən yolunun lökbatan istiqaməti ərazisində X9 əməkdaşı tərəfindən inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Qeyd olunan qərar qanunsuz və əsassızdır. Yol şəraiti və nişanlarla bağlı pozuntu hadisə baş verən yol sahəsində həmin təmir vəziyyətində olmuş, nəqliyyat vasitələri faktiki olaraq bir tərəfli bir zolaqla hərəkət etmişdir, ötməni qadağan edən heç bir yol nişanı mövcud olmamışdır. Bu hal ərazinin video görüntüləri ilə subut oluna bilər. Yol nişanı olmadan sürucünün inzibatı məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Etiraz edildiyi halda protokolun tərtib edilməməsi DYP əməkdaşına inzibati xətanı qəbul etmədiyi, qərarla razı olmadığı, protokolun tərtib olunmasını və surətinin verilməsini açıq şəkildə bildirilmişdir. Buna baxmayaraq, inzibati protokol tərtib edilməmiş, qərarın surəti və sübutlar təqdim olunmamış, DYP əməkdaşı birbaşa elektron qərar çıxararaq ərazini tərk etmişdir. Bu hal İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud pozulmasıdır. Sübutların olmaması da mövcuddur. Belə ki, cavabdeh orqan tərəfindən foto və ya video sübut, yol nişanını təsdiq edən material, manevrin qanunsuzluğunu sübut edən hər hansı dəlil təqdim edilməmişdir. Halbuki onda hadisə yerinin video görüntüsü, DYP əməkdaşı ilə səs yazısı mövcuddur və məhkəməyə təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyət yalnız sübutlar əsasında tətbiq edilə bilər. Şübhələr şəxsin xeyrinə həll olunmalı, etiraz olduğu halda inzibati protokol tərtib edilməsi məcburidir. Qeyd olunan tələblər pozulduğuna görə çıxarılmış qərar qanunsuzdur. Lakin, o, heç bir qanun pozuntusuna yol vermədiyini bildikdikdən sonra əsassız olaraq barəsində 100 manat məbləğində cərimə yazılmışdır. Həmin protokoldan şikayət etsə də, heç bir araşdırma aparılmadan qərar qəbul edilmişdir. Onun inzibati xəta törətməsinə dair heç bir görüntü və ya video elektron kabinetinə yerləşdirilməmişdir. Azarbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci və 122-ci maddələrinə əsasən inzibati vita hadisəsi foto va ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Məsələ ilə əlaqədar bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto va ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş inzibati tonbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibatı xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya Vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cu maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X4 öz izahatında 05 yanvar 2026-cı il tarixdə Qaradağ rayonu Xocasən yolunda idarə etdiyi nəqliyyat vasitəsi ilə yolda olarkən YPX əməkdaşının onu saxlayaraq yolun təmir edilməsini və onun əks hərəkət zolağına keçdiyini əsas götürməklə 100 manat 3 bal cərimə etdiyini bildirmişdir. Lakin o, ötməni qadağan edən heç bir nişan və xətt tələbinin olmadığını, qərarın əsassız olduğunu bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, verilmiş şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Suallara cavab olaraq protokolun tərtib edildikdən sonra tələb edilməsinə baxmayaraq barəsində protokol yazan YPX əməkdaşının protokolu tərtib etdikdən sonra həmin protokolu ona vermədiyini, həmin protokolu 12 yanvar 2025-ci il tarixdə əldə etdiyini, həmçinin hadisənin görüntüləri ilə tanış ola bilmədiyini bildirmişdir. Məhkəmə iclasında Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X5 öz izahatında X1 idarə etdiyi “X8 minik” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətdə hərəkət etdiyini və bu səbəblə X2 dayandırdığını və ona 100 manat məbləğində 3 bal cərimə tətbiq etdiyini bildirmişdir. Suallara cavab olaraq protokolu tərtib etdikdən sonra çap aparatının işləmədiyinə görə protokolu çap edə bilmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş 05 yanvar 2026-cı il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 05 yanvar 2026-cı il tarixdə, saat 17:46-da “X8 minik” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 100 (yüz) manat məbləğində 3 bal inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş DVD diskə yerləşdirilmiş videogörüntüdən görünür ki, X4 05 yanvar 2026-cı il tarixdə, saat 17:46-da “MERCEDES BENZ VİTO MİNİK” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən digər avtomobillər yaranmış tıxac boyunca eyni zolaqda qaldıqları halda əks istiqamətli hərəkət zolağına çıxmış, YPX avtomobili ilə qarşı-qarşı qarşıya gəldikdən sonra hərəkət etməli zolağa geri dönmüş və bununla da manevr etmə qaydalarını pozmuşdur. Həmçinin qərardan şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş səs yazıları qeydə alınmış video görüntüdən müəyyən olunur ki, YPX əməkdaşı tərəfindən sürücüyə törətdiyi inzibati xəta haqqında məlumat verilərkən etiraz etməmişdir. Məhkəmə iş materialını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş 05 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş 05 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materialında olan 2 ədəd DVD disk iş materialında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayonu DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş 05 yanvar 2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin. İş materialında olan 2 ədəd DVD disk iş materialında saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar