Məhkəmə qərarları › İş №3(5-96)-8/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-8/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-8/2026 29.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X6 qızının katibliyi, Şikayət verən şəxs X3, Bakı Baş Polis İdarəsinin, DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü YPX inspektoru, polis baş serjantı X1 iştirakları ilə X3, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 06 oktyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X5 şikayətlə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində DİN-in Bakı Şəhər DYPİ tərəfindən qəbul edilən inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətində bildirmişdir ki, **-ZJ-*** dövlət qeydiyyat nişanlı "HYUNDAİ SANTAFE" minik markalı avtomobili idarə edərkən, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr, azneft dairəsi 2 ünvanında saat 10:17 radələrində YPX əməkdaşı onun barəsində guya ki yol ayrıcının keçmə qaydalarını pozulması səbəbi ilə heç bir sübut, foto və video görüntü olmadan xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə TP ******* saylı qərar qəbul etmişdir. Həmin qərar ümumiyyətlə ona təqdim edilməmişdir, qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 öz izahatında şikayəti müdafiə edərək bildirmişdir ki, 26 sentyabr 2025-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Azneft dairəsində hərəkətdə olarkən heç bir pozuntu törətmədiyi halda barəsində İXM-nin 327.2-ci maddəsilə qanunsuz və əsassız protokol qəbul edilmişdir. O, bununla bağlı Bakı şəhər DYPİ-nin inzibati binasına getmiş və iradını bildirsə də, ona bu barədə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Odur ki şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Baş Polis İdarəsinin, DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü YPX inspektoru, polis baş serjantı X2 öz izahatında verilmiş şikayəti qəbul etməyərək göstərmişdir ki, X5 26 sentyabr 2025-ci il tarixdə, saat 10:00 radələrində Neftçilər prospekti Azneft dairəsi adlanan yerdə, Niyazi küçəsi olan yolda digər hərəkət iştirakçısına yol verməli olduğu halda buna məhəl qoymayaraq yolayrıcını keçmə qaydalarını pozmuşdur. Bununla bağlı sürücü saxlanılmış və barəsində qanuna müvafiq tədbir görülmüşdür. Qeyd olunan hadisədən uzun müddət keçdiyinə görə videogörüntünü əldə etmək mümkün olmasa da, hadisə vaxtı sürücü ilə aparılan danışıq xidməti mikrofonla qeydiyyata alınmışdır. Həmin danışıqlardan da aydın olur ki, sürücü qeyd olunan inzibati xəta hadisəsini törətmişdir. Odur ki qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə şikayəti, iş materiallarını tərəflərin izahatını və hadisənin səs yazısını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş səlahiyyətli orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi 26 sentyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 06 oktyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 26 sentyabr 2025-ci il tarixdə, saat 10:17-də Bakı şəhəri, Neftçilər pr., Azneft dairəsi 2 ərazisində idarə etdiyi “Hyundai Santafe minik” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə İXM-nın 327.2-ci maddəsinin tələblərini pozmuş və 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışı zamanı təqdim edilmiş səs yazılarından da aydın olur ki, qeyd olunan avtomobil yolayrıcını keçmə qaydalarını pozmuşdur. Məhkəmə baxışı zaman şikayətçi X5 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbindən aydın olur ki, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 DİN-in Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş 06 oktyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar