Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-93/2026 13.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla iki övladı olan, deməsinə görə fərdi qaydada meyvə satışı ilə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində protokol tərtib edərək, Füzuli rayon Məhkəməsinin e-2(064)-845/2025-021 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən 18785,2 manat məbləğində pul tələbini fiziki şəxsə ödəmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Füzuli rayon Məhkəməsinin e-2(064)- 845/2025 saylı, 03 iyul 2025-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs X1 xeyrinə 18640 manat və ödənilmiş 145,92 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 29 avqust 2025-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Həmin icra vərəqəsi 07 oktaybr 2025-ci il tarixdə Qaradağ rayon icra şöbəsinə daxil olmuşdur. Qeyd edilən icra sənədi Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Əlizadə Abuzərin icraatına daxil olmuşdur. Borclu icra məmurunun çağırışlarına gəlməmiş, buna görə də 25 noyabr 2025-ci il tarixdə “borclunun axtarışı barədə qərar” qəbul olunaraq icra edilməsi üçün Füzuli RPİ-yə göndərilmişdir. Bundan sonra 12 dekabr 2025-ci il tarixdə borclu icra şöbəsinə gəlmiş qeyd olunan icra sənədini hissə-hissə icra edəcəyini bildirmişdir. Borclu barəsində protokol tərtib edilərək Qaradağ rayon Məhkəməsinə göndərilmiş, Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 3(002)-2650/2025 saylı qərarı ilə borclu tələbin könüllü icrasına dair bildirişi 12 dekabr 2025-ci il tarixində aldığına görə icraata xitam verilmişdir. Tələbkar nazirin qəbuluna yazılaraq şikayət etmiş, nəticədə qeyd olunan icra sənədi onun icraatına verilmişdir. Bundan sonra borclunu icra şöbəsinə dəvət etmiş, profilaktik söhbət aparmış, sözügedən icra sənədinin tam icra edilməsini tələb etmişdir. Borclu isə saat 10:00-dan 12:30-dək müddətdə heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Ona görə də protokol tərtib edərək məhkəməyə vermiş, saat 14:24 radələrində isə borclunun qardaşı tələbkara 1000 manat ödəniş etmişdir. Borclu Şəxs bu günədək yaranmış borcundan cəmi 1000 manat ödəniş etmişdir. Borclunun izahatı alınarkən o yaranmış borcundan xəbərdar olduğunu, işləri düz getmədiyinə görə imkanının olmadığını və dekabr ayına kimi tam ödəyəcəyini göstərmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, özünə məxsus mobil telefondan tələbkar X3 ilə əlaqə saxlanılmış, tələbkar öz izahatında Oğuz rayonunda yaşamağı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, yaranmış borcun tam şəkildə ödənilməsini, bu baş vermədikdə isə borclu barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bütün bu qeyd etdiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 13 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, yaranmış borcundan xəbəri var, maddi imkanı olmadığı üçün qardaşı ona köməklik edərək bu ayın sonunadək 5000 manat ödəniş edəcək. Sonra isə qalan borcu ayda 1000 manat olmaqla ödəniş edəcəkdir. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki Şəxsnın yaranmış borcundan xəbəri olmaqla icra sənədini tam icra etməmiş və bunun üzrlü səbəbləri barədə də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 13 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaranmış borcundan qismən ödəniş etməsini və qalan borcunu da ödəyəcəyinə söz verdiyini, hazırki iş üzrə ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-93/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-93/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver