Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-98/2026 21.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Barəsində inzibati icraat aparılan şəxs X2 iştirakı ilə, X2 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ 33165072 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ 33165072 saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən xx.xx.2026-ci il tarixli, EQ33165072 nömrəli inzibati tənbeh vermə haqqında elektron X1 barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, X4 etibarnamə əsasında idarə etdiyi "BYD OİN PLUS PHEV PLUG-İN HİBRİD MİNİK markalı ** YM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə edərkən xx.xx.2026-cı il tarixində saat 13:34:20-də Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmış və bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4 maddəsinə (maddələrinə) əsasən 80.0 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməli və ona törətdiyi xətaya müvafiq olaraq 2 bal təyin edilmişdir. Bununla da İXM-nin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə, onun tərəfindən bir il ərzində 20 bal toplandığından İXM-nin 27.4-cü maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. O, qeyd etmişdir ki, əsassız olaraq İXM-in 346.4-cü maddəsinə və buna əsasən də 327.7-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, iddia edilən inzibati xəta Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Binə Ticarət Mərkəzinin qarşısında (Bakı-Qazax avtomobil yolunun 14-cü kilometr dairəsində) baş vermiş hesab edilir. Halbuki qeyd olunan ərazidə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri üçün ayrıca ayrılmış yol mövcud olmamışdır. Bu faktın özü belə, barəsində tətbiq edilən maddənin obyektiv tərəfinin mövcud olmadığını açıq şəkildə sübut edir. O, qeyd edilən nəqliyyat vasitəsi ilə avtobus dayanacağından azı 20 metr məsafədə, yol hərəkətini tənzimləyən heç bir qadağanedici yol nişanı, üfüqi yol nişanlanması və ya hər hansı məhdudlaşdırıcı texniki vasitə olmayan ərazidə yalnız qısa müddətli dayanma etmişdir. Həmin dayanma nə yol hərəkətinin təhlükəsizliyinə xələl gətirmir, nə digər hərəkət iştirakçılarına maneə yaratmır, nə də qanunvericiliklə qadağan edilmiş hər hansı hərəkəti ehtiva etmir. Qeyd olunan hallar bir daha onu göstərir ki, onun hərəkətlərində inzibati xətanın subyektiv və obyektiv əlamətləri mövcud olmamış, yəni hüquqazidd hərəkət faktı formalaşmamışdır. Belə olan halda isə inzibati məsuliyyətin tətbiqi hüquqi baxımdan əsassız və yolverilməzdir. Bundan əlavə, inzibati icraat materiallarında yerləşdirilmiş fotoşəkillərdən də aydın, konkret və danılmaz şəkildə görünür ki, nə velosiped yolunda, nə yolun ikinci və ya sonrakı hərəkət zolağında, nə də dayanma və durmanın qadağan edildiyi hər hansı ərazidə nəqliyyat vasitəsini saxlamamışdır. Foto materiallar barəsində irəli sürülən iddiaları təkzib edir və faktiki vəziyyətin qərarda göstərilən hallarla üst-üstə düşmədiyini açıq şəkildə ortaya qoyur. Buna baxmayaraq, inzibati orqan tərəfindən faktiki vəziyyət yerində araşdırılmamış, mövcud foto materiallara obyektiv hüquqi qiymət verilməmiş, yol şəraiti və infrastruktur xüsusiyyətləri nəzərə alınmamışdır. Nəticədə onun barəsində obyektivlik, ədalətlilik və hərtərəfli araşdırma prinsipləri pozulmaqla, ağır hüquqi nəticələr doğuran inzibati qərar qəbul edilmişdir. Beləliklə, həm yol şəraitinin faktiki mövcudluğu, həm təqdim edilmiş foto materiallar, həm də hüquqi tələblər sübut edir ki, X4 barəsində tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi üzrə inzibati xətanın tərkibi mövcud deyil və bu maddənin tətbiqi tamamilə əsassızdır. Hesab edilir ki, barəsində qəbul edilmiş inzibati qərar ciddi qanun pozuntuları və prosessual uyğunsuzluqlar şəraitində qəbul edilmiş, inzibati xətanın törədilməsinə dair hüquqi cəhətdən əsaslandırılmış, qəti və etibarlı sübutlar təqdim edilməmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, protokolda əks olunan və guya onun tərəfidən törədilmiş inzibati xətanın baş verməsi ilə bağlı iddialar əsassızdır. Bununla belə, qəbul edilmiş qərara əsaslı sübut kimi təqdim edilməli olan video görüntü əlavə edilməmişdir. Bu isə inzibati icraat zamanı sübutların tamlığı, mötəbərliyi və qanuniliyi prinsiplərinin pozulmasına səbəb olmuşdur. X3 Məcəlləsinin tələblərinə görə, inzibati xəta törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün həmin hərəkətin törədildiyini sübuta yetirən müvafiq materialların xüsusilə də texniki vasitələrlə qeydə alınmış foto və video materialların təqdim olunması vacibdir. Əlavə olaraq, ailə başçısı olduğunu və ailəsinin yeganə gəlir mənbəyinin sürücülük fəaliyyəti olduğunu şikayətində bildirmişdir. Ailəsinin gündəlik dolanışığı, məişət xərcləri də daxil olmaqla bütün sosial-iqtisadi məsuliyyətləri yalnız özü daşıyır. Nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməyi, dolayısı ilə işsiz qalmağına səbəb olacaq və bu, təkcə şəxsi deyil, ailəsinin də ciddi sosial və maddi çətinliklərlə üzləşməsi ilə nəticələnəcəkdir. Qeyd etmək istəmişdir ki, hazırkı tarixədək barəsində tətbiq edilmiş və ödənilməmiş hər hansı inzibati cərimə mövcud deyildir. Beləliklə, sonuncu barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ33165072 nömrəli İnzibati tənbeh vermə haqqında elektron Qərarın sübutlarla əsaslandırılmaması, video materialların təqdim edilməməsi, qanunla tələb olunan sübutetmə və obyektiv araşdırma prinsiplərinin pozulması nəticəsində bu qərar əsassız hesab olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri Daxili İşlər Nazirliyi BDYPİ-nə rəsmi məlumat göndərilsə də, BDYPİ-nin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə hazırki iclasın nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X4 izahatında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzi yanında dayanacaqdan 20 metr aralıqda olarkən sərnişin götürdüyünü bildirmişdir. Daha sonra ona YPX əməkdaşları yaxınlaşmış, sürücülük hüququndan məhrum edilməsinin ona bildirildiyini, lakin sürücülük hüququnun məhdudlaşdırılmasına dair “SMS Radar” tətbiqində hər hansı bir xəbərdarlıq olmadığını bildirmişdir. Daha sonra BDYPİ-nə yaxınlaşmış, barəsində sürücülük hüququnun məhdudlaşdırılmasına dair qəbul edilmiş qərarın səhv olduğu və həmin qərarın 5 gün ərzində silinəcəyi ona bildirilmiş, lakin qərar qüvvədə qalmışdır. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv edilməsini və onun tərəfindən verilmiş şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşə əlavə edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33165072 saylı qərarla şikayətçi X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində (2 bal) cərimə edilmişdir. İşə əlavə olunmuş fotoşəkillərdən görünür ki, “"BYD OİN PLUS PHEV PLUG-İN HİBRİD MİNİK markalı ** YM *** dövlət qeydiyyat nişanlı avtomobil dayanma-durma qaydalarını pozmuş, həmin avtomobilin arxa sağ qapısı da açıq olmuş və foto qeydiyyat funksiyasına malik texniki vasitə tərəfindən qeydə alınmışdır. Belə ki, şikayətçi X4 xx.xx.2026-cı il tarixdə "BYD OİN PLUS PHEV PLUG-İN HİBRİD MİNİK markalı ** YM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgədə durmuş, həmin vaxt sərnişin avtomobildən düşmüşdür. Məhkəmə qeyd edir ki, sürücü avtomobilə sərnişin götürərkən və ya sərnişini düşərkən yol nişanlarına diqqət etməli, sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş yerlərdən istifadə etməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ 33165072 saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ 33165072 saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(5-96)-98/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-98/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver