Məhkəmə qərarları › İş №3(5-97)-1041/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1041/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1041/2026 05.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X2 oğlunun katibliyi, Şikayət vermiş şəxs Ələkpərov Mir-Hüseyn Ələsgər oğlunun nümayəndəsi və vəkili Union Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1-Hüseyn Ələsgər oğlunun Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin EQ seriyalı 34160718 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1-Hüseyn Ələsgər oğlu Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin EQ seriyalı 34160718 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “Azpetrol Ltd.w MMC-nin avtobazasında sürücü vəzifəsində işləyir və Şirkətə məxsus “MAN" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixində, saat 23:45:52 radələrində "xxxx" MMC-yə məxsus “MAN” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkət edərkən limit həddinin 32 000 kq olması nəzərdə tutulduğu halda guya çəkisinin 34180 kq olması göstərilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmiş və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən 23 fevral 2026-cı il tarixli, EQ 34160718 nömrəli elektron qərar qəbul edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş 23 fevral 2026-cı il tarixli, EQ 34160718 nömrəli inzibati cərimə haqqında elektron qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, idarə etdiyi avtomaşın Şirkətə məxsus olmaqla reysə çıxarkən avtomaşına yüklənən yanacağın növü, markası, çəkisinin ona heç bir aidiyyəti yoxdur. Ələkpərov Mir-Hüseyn Ələsgər oğlu həmin avtomaşını sadəcə idarə edir və hər dəfə reysə çıxarkən Şirkətin “Avtobaza sürücüsünün vəzifə təlimatına" uyğun olaraq dispetçerdən yol vərəqəsi götürməklə, Neftbazaya yollanır, Neftbazada yanacaq yükləndikdən sonra Avtobazaya qayıdıb, yol vərəqəsini və qaiməni dispetçerə təqdim edir, onun tərəfindən müvafiq qeydlər aparıldıqdan sonra müəyyən edilmiş marşrut üzrə reysə çıxır və Şirkətin “Reysin yerinə yetirilməsi haqqında” Təlimatına uyğun olaraq yüklənmiş yanacağın çatdırılmasına və avtomaşının yük çənlərinin qapağına vurulmuş plombların salamatlığına və toxunulmazlığına görə şəxsən məsuliyyət daşıyır. xx.xx.2025-ci il tarixində də, həmişə olduğu kimi, Ələkpərov Mir-Hüseyn Ələsgər oğlu, idarə etdiyi “MAN" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı həmin avtomaşın reysə çıxarkən, "xxxx" MMC-yə məxsus Neftbazada avtomaşına 18 484 kq yanacaq yüklənmişdir ki, bu da avtomaşının yüksüz kütləsi olan 12960 kq çəki ilə birlikdə 31444 kq təşkil etmişdir. "xxxx" MMC-yə məxsus “MAN” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksüz çəkisi 12960 kq təşkil edir və bu rəqəm nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində öz əksini tapıb. ‘‘MAN" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomaşına Neftbaza tərəfindən yüklənilən yanacaq qaimədə göstərilən ölçüdə olmuş, həmin yanacağın çəkisi hər bir sisternaya (12070 + 13250 litr) = 25320 litr olmaqla, ümumilikdə 18484 kq yanacaq vurulmuş, maşınla birlikdə ümumi çəkisi isə 31444 kq olmuşdur. Belə ki, litrlə maşına yüklənilmiş yanacağın çəkisinin hesablanması düsturu aşağdakı kimidir: - 25 320 litr x 0,73 (sıxlıq) = 18484 kq təşkil edir. "MAN" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaqla yüklü edilmiş şəkildə xx.xx.2025-ci il tarixində tərəzidə çəkilməsini təsdiq edən qəbzin əslindən görünür ki, 31450 kq olmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şirkətə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-27-103/2-18793/2025 və 3-27-103/2-18792/2025 saylı “tətbiq olunan cərimənin ləqv edilməsi barədə” məktublardan görünür ki, məhz Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqaməti (47.9 km) ərazidə yerləşən elektron tərəzidə xx.xx.2025-ci il tarixində. xx.xx.2025-ci il tarixində texniki xəta olmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məktubları ilə sübuta yetirilir ki, elektron tərəzidə avqust və sentyabr avlarında texniki xəta mövcud olmuşdur ki, bu da inzibati xətanın bas verməsi faktını istisna edir. Nəzərə alsaq ki, texniki xətanın aradan qalxmasının və ya olmamasının sübut etmək yükü şikayətçinin üzərində qala bilməz. xx.xx.2025-ci il tarixində, saat 23:45:52 radələrində "xxxx" MMC-yə məxsus, idarə etdiyi “MAN“ markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən çəkisinin 34180 kq olması qeyri mümkündür. Bu rəqəmlərin hamısı “yanacağın göndərilməsi haqqında” Qaimədə öz əksini tapmaqla mən malı qəbul edir. Bu zaman yanacaq çəninin qapağı surğucla plomblanır və bu plomb yalnız gediləcək məntəqənin direktoru, o işdə olmadığı halda növbə rəisi tərəfindən, Şirkətin Təhlükəsizlik xidməti və nəzarət idarəsinin həmin yanacaqdoldurma məntəqəsində xidmət çəkən inspektorunun iştirakı ilə açıla bilər. Yəni bu yanacağın yolda açılıb boşaldılması, çəkinin hansısa formada azaldılması və ya yükün çəkisinə hansısa formada müdaxilə olunması mümkün deyildir. xx.xx.2025-ci il tarixində o, "xxxx" MMC-yə məxsus, idarə etdiyim “MAN” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMC-yə məxsus, Goranboy rayonu, Bakı-Gəncə yolunun sağ hissəsində yerləşən 47 saylı “Goranboy" və Goranboy rayonu, Məşədiqaralar kəndində yerləşən 66 saylı “Goran” YDM-lərinə yanacaq aparırdı. Müvafiq halda tərəfindən Neftbazada “yanacağın göndərilməsi haqqında” 28 avqust 2025-ci il tarixli, 4346 saylı Qaiməyə imza edilməklə iki yanacaqdoldurma məntəqəsi üçün ümumilikdə 18484 kq yanacaq tərəfindən qəbul edilmiş və YDM-də məsul şəxsə imza etdirilməklə təhvil verilmişdir. Saat 23:45:52 radələrində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Elektron tərəzilərin vahid monitorinq mərkəzinə məxsus Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən tərəzidən keçərək yoluma davam etmişdir. Bundan bir neçə dəqiqə sonra Şirkətə cərimə barədə mesaj gəlmiş və bu məlumatı aldıqdan dərhal sonra, avtomaşının çəkisini bir daha dəqiqləşdirmək məqsədilə Şirkətin məsul şəxsləri tərəfindən mənimlə telefon əlaqəsi yaradılmış, avtomaşın yolda saxlanılaraq yol kənarında quraşdırılmış, yük avtomaşınları üçün nəzərdə tutulan digər bir elektron tərəzidə çəkilmiş və avtomaşının çəkisi 31450 kq təşkil etməklə bu barədə elektron qəbz alınmışdır. Həmçinin bunun ardından Şirkətin məsul şəxslərinin telefonla verilmiş göstərişi ilə avtomaşın yolda saxlanılaraq Bakı şəhəri istiqamətində geriyə qaytarılmış və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Elektron tərəzilərin vahid monitorinq mərkəzinə məxsus Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən həmin tərəzidə yenidən çəkilmiş və hər hansı bir pozuntu olmadığı aşkar edilmişdir. Eynilə də, onların göstərişi ilə avtomaşın dönərək əks istiqamətdə əvvəlki marşrutu üzrə hərəkətə başlamış və bu zaman da həmin avtomaşının çəkisində heç bir uyğunsuzluq və ya inzibati xəta pozuntusu qeydə alınmamışdır. xx.xx.2025-ci il tarixində, saat 23:45:52 radələrində "xxxx" MMC-yə məxsus “MAN” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkət edərkən limit həddinin 32 000 kq olması nəzərdə tutulduğu halda guya çəkisinin 34180 kq olması, elə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Elektron tərəzilərin vahid monitorinq mərkəzinə məxsus Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən eyni tərəzidə 2 dəfə, qaytarılaraq Bakı şəhəri istiqamətində hərəkət edərkən, həmçinin də öz marşrutu üzrə yenidən hərəkətə başlayıb təkrar həmin tərəzidən keçərkən hər hansı bir uyğunsuzluq təşkil etməməsi ilə birbaşa təkzib edilir. Qeyd edilən hallar nəzərə alınmaqla hesab edir ki, inzibati tənbeh vermə haqqında EQ 34160718 nömrəli xx.xx.2026-cı il tarixli qərar qanunsuzdur və ləğv olunmalıdır. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Ələkpərov Mir-Hüseyn Ələsgər oğlunun nümayəndəsi və vəkili Union Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Baş X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 34160718 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs Ələkpərov Mir-Hüseyn Ələsgər oğlu xx.xx.2025-ci il tarixində inzibati pozuntu törətmiş və xx.xx.2026-cı il tarixində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1200 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən AR DİN Baş X3 İdarəsinə ünvanlanmış “Tətbiq olunan cərimənin ləğv edilməsi barədə” xx.xx.2025ci il tarixli, 3-27-103/2-18792/2025 saylı məktubdan görünür ki, “MAN” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti yerinə yetirilərkən 27 avqust 2025-ci il tarixində M-2 Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu km-də (Qazax istiqaməti Qaradağ) yerləşən elektron tərəzinin texniki xətası səbəbindən ötürülən məlumatlar nəticəsində real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarıldığı məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə tətbiq olunmuş elektron qərarların ləğv edilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən AR DİN Baş X3 İdarəsinə ünvanlanmış “Tətbiq olunan cərimənin ləğv edilməsi barədə” xx.xx.2025ci il tarixli, 3-27-103/2-18793/2025 saylı məktubdan görünür ki, “MAN” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti yerinə yetirilərkən 3 sentyabr 2025-ci il tarixində M-2 Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu km-də (Qazax istiqaməti Qaradağ) yerləşən elektron tərəzinin texniki xətası səbəbindən ötürülən məlumatlar nəticəsində real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarıldığı məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə tətbiq olunmuş elektron qərarların ləğv edilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Ələkpərov Mir- Hüseyn Ələsgər oğlu barəsində yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İXM-in: 120-ci maddəsinə əsasən Bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir; 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Bununla yanaşı, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ələkpərov Mir-Hüseyn Ələsgər oğlu xx.xx.2025-ci il tarixdə inzibati pozuntusunu törətsə də onun barəsində elektron qərar xx.xx.2026-cı il tarixində, yəni 05 ay 25 gün sonra qəbul edilmmişdir bu isə iş üzrə icraata xitam verilməsinə birbaşa əsasdır. Belə ki, İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-cı maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Ələkpərov Mir-Hüseyn Ələsgər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 34160718 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar