Məhkəmə qərarları › İş №3(5-97)-1060/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-1060/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-1060/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində tərtib edilmiş yuxarıda göstərilən həmin qərarı (İXP seriyalı 7530761, xx.xx.2025-ci il tarixli) qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, barəsində Nərimanov Rayon Dövlət X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-4662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Şəxs barəsində Nərimanov Rayon Dövlət X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması üçün Nərimanov Rayon Dövlət X1 tapşırılması qərara alınmışdır. O, iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 4662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Şəxs barəsində Nərimanov Rayon Dövlət X3 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması üçün Nərimanov Rayon Dövlət X1 tapşırılması qərara alınmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol (İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-4662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv olduğu üçün protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, Şəxs barəsində Nərimanov Rayon Dövlət X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-4662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli protokolun tərtib edilməsinə əsas olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 100, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar