Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1096/2026 19.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixində, saat 16:46-da Bakı şəhəri, Nərimanov rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X8. 172 ünvanında hərəkət edərək yol kənarıda olan “AzPetrol” Yanacaq doldurma stansiyasına girmək istəyən zaman X7 tərəfindən cərimə edilmişdir. Belə ki, həmin yolda avtobus zolağında hərəkət 07:00-dan 10:00-a kimi və 17:00-dan 20:00-a kimi qadağan edilir. Protokol və Qərara əsasən ona İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan (X5 Qanunun) 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə cərimə yazılmışdır. Protokolda göstərilən saata həmin zolaqda hərəkət etmək qadağan deyil. X3 şəxsi avtomobili ilə Koroğlu metrosu istiqamətində gedən zaman X8ospekti ilə Əhməd Rəcəbli küçələrinin kəsişməsindən sonra 300-400 metr qarşıda olan “AzPetrol” Yanacaq doldurma məntəqəsinə çatan zaman 50 metrlik bir məsafədə həmin hərəkət zolağında digər avtomobillərin hərəkətinin həmin saatda qadağan edilməsinə dair işarə qoyulmuşdur. Bu da yanacaq doldurma məntəqəsinə girmək istəyən sürücülər üçün bilə bilə qurulmuş bir tələdir və əsassız cərimələrə yol verilməsinə şərait yaradır. DYP-nin 2-3 nəqliyyat vasitəsi daimi həmin ərazidə xidmət aparır. Həmin zolaqla hərəkət edən nəqliyyat vasitələri yanacaq doldurma məntəqəsinə girmək üçün kəskin manevr etməlidirlər, həm qırıq-qırıq xətdən sol zolağa çıxmalıdırlar 10-15 metrdən sonra həmin hərəkət zolağına təkrarən qırıq-qırıq xətdən sağ zolağa qayıdıb 20 metrə hərəkət etdikdən sonra yanacaq doldurma məntəqəsinə daxil olmalıdırlar. Bütün hallarda vətəndaş avtobus zolağına təhlükə yaradaraq daxil olmuş olur. Yolun sürətli olması və həmən yolda nəqliyyat vasitələrinin kütləvi şəkildə hərəkətini nəzərə alsaq belə kəskin manevrların edilməsi həm özünü və həmdə digər yol iştirakçıları təhlükə ilə üz-üzə qoyur. Buna baxmayaraq həmin hissədəki həmin qanunsuz nişandan X7 əməkdaşları tələ kimi istifadə edərək gün ərizində onlarla vətəndaşı cərimə edirlər. Onun DYP əməkdaşına hansı səbəbdən 3-4 km yolun bu qısa bir məsafədə avtobus zolağında hərəkətin saatının dəyişdirilməsinin hansı zərurətin yarandığını soruşduqda, DYP əməkdaşı cavab verərək bildirdi ki, “X6 Agentliyinin işidir, onların işi cərimə yazmaqdır”. Bu səbəbdən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirmişdir ki, Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, İXP7800113 saylı İnzibati xəta haqqında protokola əsasən tərtib edilmiş xx.xx.2026cı il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar əsassızdır. Odur ki, vermiş olduğu şikayəti təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, sürücü ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yola daxil olmuş, bu zaman inspektor xidmət apararkən “X5” Qanunun 85-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Sürücü ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağının Z.Bünyadov prospekti “Azpetrol” yanacaq doldurma məntəqəsinin qabağında inspektor sürücü aşkar edərək saxlamışdır. Sürücü bildirmişdir ki, nişanlar var orada, hər bir nişanın ara məsafəsi 50 metr olmalıdır. X5 Qanunun tələbinə əsasən nişanın qüvvəsi növbəti yol ayırıcına və ya növbəti yol nışanına qədərdir. Nişanlanmada avtobus zolağından istifadə üçün saat 5-dən 7-ə kimi qeyd olunmuşdur. Amma digərində isə hansı ki sürücü pozuntu törədib həmin hissədə saat 9-dan sonra zolaqdan istifadə etmək mümkündür. Odur ki, verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2026-cı il tarixdə saat 16:46-da Bakı şəhəri, Nərimanov rayonu, X8ospekti, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında “MERCEDES BENZ GLS 450 4MATİC HİBRİD” minik markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “X5” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. “X5” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü hissəsində göstərilir ki, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilir, Bakı şəhəri, Nərimanov rayonu, X8ospekti istiqamətində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yol mövcuddur. Həmin ərazidə fəaliyyət göstərən “AzPetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşdirilmiş 5.9 yol nişanının qüvvədə olma müddəti 07:00- 21:00 radələridir. Bu isə o deməkdir ki, qeyd olunan saatlar ərzində həmin zolaqda ümumi istifadədə olan nəqliyyat vasitələri hərəkət edə bilər, digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti isə qeyd olunmuş vaxt ərzində qadağandır. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X7 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(5-97)-1096/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1096/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver