Məhkəmə qərarları › İş №3(5-97)-1156/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-1156/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-1156/2026 05.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı, X1 AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 34369487 nömrəli, xx.xx.2026-cı il tarixli qərardan verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X2 AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 34369487 nömrəli, xx.xx.2026-cı il tarixli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə X4 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, X3 şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti olsa da, X1 yaşayış ünvanı ünvan 1ə hesab edir ki, X1 yaşayış yeri Bakı şəhəri Yasamal rayonu ərazisindədir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinəndə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 34369487 nömrəli, xx.xx.2026-ci il tarixli protokoldan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM: X1 AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ 34369487 nömrəli, xx.xx.2026-cı il tarixli qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar