Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-1222/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, Rəhimova (Şirəliyeva) Şəbnəm Rəhim qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Rəhimova (Şirəliyeva) Şəbnəm Rəhim qızı barəsində Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş nömrəli inzibati xəta haqqında protokol baxılaraq qərar qəbul edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 3(5-104)-2408/2026 saylı qərardadı ilə inzibati xəta haqqında iş materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, 10 mart 2026-cı il tarixdə iş materialları məhkəməyə daxil olmuşdur. Həmin protokola görə Rəhimova (Şirəliyeva) Şəbnəm Rəhim qızı barəsində olan EQ21229824 saylı 18 may 2024-cü il tarixli qərarı inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, protokol qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir və geri qaytarılmalıdır. Belə ki, İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, EQ21229824 nömrəli qərarı nəzərdən keçirərkən müəyyən edilir ki, şəxs İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinibmişdir. “İcbari siğorta müqaviləsinin bağlanmaması” adlanan 469.3-cü maddə vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aid bir inzibati xəta olmaqla, yol hərəkət əleyhinə olan inzibati xəta deyildir. Bundan əlavə, protokol xx.xx.2025-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, İXM-nin 103.1-ci maddəsinə əsasən, protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə baxılması üçün hakimə göndərilməli olduğu halda Məcəllənin tələbləri kobud şəkildə pozulmaqla 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə göndərilmişdir. Qeyd olunur ki, İXM-nin 38-ci maddəsinə əsasən, idarəçilik qaydaları əleyhinə inzibati xətalar üzrə məsuliyyətə cəlb etmə müddəti 04 ay olaraq müəyyən edilmişdir ki, hazırkı halda da qərarın tarixi ilə bağlı ziddiyyətlər qərarın qüvvəyə minmə vaxtını və protokol tərtib edilmə vaxtını müəyyən etməyə imkan vermir. Bundan əlavə, protokolda qeyd edilən qərarın tarixi (xx.xx.2025-cı il) ilə qərarın özünün (xx.xx.2024-cü il) tarixi arasında da uyğunsuzluq mövcuddur. Belə ki, İXP ******* saylı protokolda vətəndaşın EQ 21229824 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-cı il tarixli qərarı icra etmədiyi qeyd edilsə də, xx.xx.2024-ci il tarixli qərarda həmin qərarın tarixi xx.xx.2024-cü il kimi əks olunmuşdur. Bundan əlavə, iş materiallarından qərarın şəxsə rəsmi çatdırılma sənədi də müəyyən edilmir. Beləliklə inzibati xəta haqqında protokol İXM-in 100-cü maddəsinin tələblərinə (inzibati xəta haqqında protokolda göstərilməli olan məlumatlar) riayət edilmədən tərtib olunmuşdur.İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-in 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolla bağlı təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtib edilmədiyindən işə baxmaq mümkün olmadığından həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Rəhimova (Şirəliyeva) Şəbnəm Rəhim qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardad qətidir, şikayət və ya protest verilə bilməz. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-1222/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-1222/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver