Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-1271/2026 12.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, “Salyan Agro» X4-İstehlak Kooperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 Şəxs X4-İstehlak Kooperativi barəsində İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə tərəfindən inzibati xəta haqqında işin materialları, xüsusilə inzibati xəta haqqında protokol, işə əlavə edilmiş podrat müqaviləsi və digər sənədlər hərtərəfli tədqiq edilərkən müəyyən olunmuşdur ki, hazırkı işin baxılması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ərazi aidiyyətinə aid deyildir və aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarının təhlili göstərir ki, inzibati xəta haqqında protokol hüquqi şəxsin dövlət qeydiyyatına alındığı (hüquqi ünvanının yerləşdiyi) ərazi baxımından məhkəməyə təqdim edilsə də, hüquqpozmanın obyektiv cəhətini təşkil edən faktiki əməllər Salyan rayonu, Qaraçala kəndi ərazisində baş vermişdir. Belə ki, inzibati xəta, yəni işçinin əmək müqaviləsi rəsmiləşdirilmədən, mülki hüquqi xarakterli podrat müqaviləsi ilə işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı məhz Salyan rayonu ərazisindəki təsərrüfat obyektində reallaşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İXM-in 110.1-ci maddəsinin şərhinə dair 17 mart 2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, inzibati xətanın törədilmə yerinin müəyyənləşdirilməsi bilavasitə hüquqpozmanın hərəkət və ya hərəkətsizlik formasında törədilməsindən asılıdır. Konstitusiya Məhkəməsi birmənalı olaraq müəyyən etmişdir ki, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq, xətanın faktiki törədildiyi, yəni aktiv davranışın icra edildiyi yer hesab olunur. İXM-in 192.1-ci maddəsinin dispozisiyası işəgötürən tərəfindən fiziki şəxsləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə "cəlb edilməsini" ehtiva edir. Cəlb etmə anlayışı özlüyündə passiv deyil, aktiv fəaliyyəti özündə ehtiva edən hərəkətdir. Hazırkı işin hallarında işəgötürən tərəfindən fiziki şəxslə podrat müqaviləsinin imzalanması və onun bilavasitə Salyan rayonu ərazisindəki iş yerinə buraxılması aktiv hərəkət kimi qiymətləndirilməlidir. Nəticə etibarilə, xətanın obyektiv cəhəti Bakı şəhər Nərimanov rayonunda hərəkətsizliklə deyil, məhz Salyan rayonunda aktiv hərəkətlə başa çatmışdır. Bu səbəbdən, xətanın törədildiyi yerin məhkəməsi prinsipinə əsasən işə baxmaq səlahiyyəti Salyan Rayon Məhkəməsinə aiddir. İXM-in 109.1.7-ci maddəsi imperativ qaydada təsbit edir ki, əgər məsələnin baxılması hakimin səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: “Salyan Agro» X4-İstehlak Kooperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-1271/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-1271/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver