Məhkəmə qərarları › İş №3(5-97)-1287/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1287/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1287/2026 19.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 34569069 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 34569069 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə təxminən saat 13:18 radələrində idarə etdiyi “AUDİ” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Azadlıq prospektində hərəkətdə olarkən nizamlanmayan piyada keçidinə daxil olan olmuş piyadaya yol verməməyinə görə AR-nin İXM-nın 330.0.1-cı maddəsilə barəsində inzibati protokol tərtib edilmiş vo bu barədə 11.03 2026 cı il tarixli qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsinin İİ hissəsində deyilir ki, piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Həmin maddənin İİİ hissəsində isə deyilir ki, keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. Deməli, nizamlanmayan piyada keçidini keçməyə başlamış piyada öz təhlükəsizliyini qorumaq üçün keçdiyi yolun hər iki istiqamətdə hərəkət zolaqlarında olan nəqliyyat vasitələrini nəzərə almalı, onlar üçün qəza şəraiti yaratmamalı və əgər yolun ortasındakı ayırıcı xətdən sonrakı zolaqlarda yaxında nəqliyyat vasitələri varsa, həmin xətt üzərində dayanaraq onların keçməsini gözləməli və bundan sonra yolu keçməyi davam etdirməlidir. Piyadalar nizamlanmayan piyada keçidində həmin normaların hər ikisinin tələbinə riayət etməyə borcludurlar. Piyadanın qəflətən yaxında olan nəqliyyat vasitəsinin qarşısında piyada keçidinə daxil olması (yaxud olmaq istəməsi) səbəbindən sürücünün ona yol verə bilmədiyi halda (bunun qəfil tormozlanma ilə ediləcəyi səbəbindən arxadan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaranacağı halda) sürücünün inzibati məsuliyyəti istisna edilməlidir. “Yol verilməməsi" dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Yəni sürücü keçidi keçən zaman piyadanın hərəkət sürətini və istiqamətini dəyişmirsə deməli ona mane olmur. Bu halda sürücü məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən onun barəsində tərtib edilmiş EQ 34569069 nömrəli, xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 34569069 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 50 manat miqdarında cərimə edilmişdir. Qərarların məzmunudan görünür ki, sürücü X2 xx.xx.2026-cı il tarixdə saat 13:18-də “AUDİ Q7” minik markalı, **-ZK-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 34569069 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Hüquqi məsələlər: İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4. İnzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45- 2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 330.0.1-ci maddəsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə –əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X1 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 34569069 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 330.0.1-ci maddəsi ilə cərimə olunmasına dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 34569069 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar