Məhkəmə qərarları › İş №3(5-97)-1291/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-1291/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-1291/2026 19.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.2001-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, D.Ska yolu nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Sarvan Rüstəmovun xx.xx.2026-cı il tarixli qərarından və xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 17:41 radələrində Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində sürücü Şəxs etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cobalt” markalı ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilini geriyə hərəkət etdirərkən piyada qismində hərəkət edən X2 vuraraq ona yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı Şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 17:41 radələrində o etibarnamə əsasında idarə etdiyi "Chevrolet Cobalt” markalı ** AT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə arxa-arxaya hərəkətdə olan zaman həmin vaxt yolu piyada keçən şəxsi görməmiş və nəticə də idarə etdiyi avtomobilin sol arxa hissəsi ilə həmin piyad şəxsə toxunmuşdur.Zərbənin təsirindən piyada kişi müvazinatını saxlaya bilməyib asfalt örtüyün üzərinə yıxılaraq əlində olan mobil telefonun sensor üzlüyü yararsız hala düşmüşdür.Bundan sonra o avtomobildən düşərək həmin şəxsə yaxınlaşıb xəstxanalardan birinə getməyi demişdir.Lakin həmin şəxs ona heç nə olmadığını deyib sadəcə mobil telefou düzəltdirməyi demişdi.O da həmin şəxslə razılaşıb həmin şəxsin nömrəsini götürüb onunla əlaqə saxlayacağını demişdir.O həmin şəxsdən zəng gözləmiş və düşünmüşdür ki, həmin şəxs onun taksi sürücüsü olduğu üçün ona zəng etməyib telefonu özü düzəltdirəcəyini düşünmüşdür.Ona zəng etmədiyi üçün telefonu özü düzəltdiyini başa düşüb həmin şəxslə əlaqə saxlamamışdır.Lakin bir neçə gün keçdikdən sonra ona idarə etdiyi avtomobilin sahibi bildirmişdi ki, onu Nərimanov RRPl-nin əməkdaşları axtarır. Bunadn sonra o Nərimanov RPİ- nə gələrək araşdırmada iştirak etmişdir. X3 izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 17:41 radələrində o Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə üzü F.X.Xoyski küçəsi istiqamətindən piyada səkinin üzərində hərəkət etmişdir.Həmin vaxt səkinin üzərində dayanmış sonradan arxaya hərəkət edən Chevrolet Cobalt marklı dövlət qeydiyyat nişanının bilmədiyi avtomobil onu arxa-arxaya hərəkət edərək səkinin üstündə vurmuşdu.O müvazinatını saxlaya bilməyib asfalt örtüyün üzərinə yıxılmışdır.Həmin vaxt əlində olan İphone 17 Pro Max marklı mobili telefon sensor ekranı yararsız hala düşmüş və sol qolunda istifadə etdiyi saatda qırılmış nəticədə 1200 manat maddi ziyan dəymişdir. Sonradan avtomobilin sürücüsü avtomobildən düşərək ona yaxınlaşmış, bir qədər keçdikdən sonra onlar razılaşqmışlar ki, həmin şəxs onun telefonunu qısa gün ərzində düzəldirəcək. Lakin həmin şəxs ona zəng etməmiş və o bədənində ağrılar hiss etdiyi üçün Bonadea Hospitala müraciət etmişdir. Hadisə zamanı o xəsarət almışdır. Məhkəmə-tibbi ekspertizanın 79-M saylı xx.xx.2026-cı il tarixli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü X1 almış olduğu xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar