Məhkəmə qərarları › İş №3(5-97)-145/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-145/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-145/2026 08.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, usta, orta təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, X14 28/14 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2020-ci il tarixdən başlanaraq 2 uşağın saxlanılması üçün hər ay 340 manat tutularaq, X5 ödənilməlidir. Borclu Şəxs məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək, bildirmişdir ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə hazırda 21420 manat borcu yaranmışdır. Əvvəllər əmək haqqından tutulmalar olsa da, uzun illərdi ki, işdən çıxdığından ödənişləri icra etmir. Habelə, icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində 2024-cü il tarixdə axtarış elan edilmiş və bugünkü tarixdə polis əməkdaşları tərədindən gətirilmişdir. Tələbkar borcun tam ödənilməsini xahiş etmişdir. Qeyd olunanları nərzərə alaraq barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, əvvəllər usta işləmiş 3340 manat ödəniş etmişdir, üç ildir ki işləmir, hazırda borcunun 2180 manat olduğunu, təzə işə düzəldiyini ayda 450 manat ödəniş edəcəyini və yayınmayacağını bildirmiş, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, 10 gün ərzind 1500 manat ödəyə bilər və borcun ödənilmsəndən yayınmır. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədindən görünür ki, mülki iddia qismən təmin edilmiş və xx.xx.2020-ci il tarixdən başlayaraq, Şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment X2 xeyrinə ödənilməsi qət edilmişdir. Protokola əlavədən görünür ki, Şəxs 21420 manat borcu vardır. Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli, qərardan və həmin tarixli bildirişlərdən görünür ki, 2(005)-876/2020 nömrəli, xx.xx.2020-ci icra sənədlərinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Hüquqi məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv tədqiq edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində təsbit olunmuş daxili inam əsasında qiymətləndirərək, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması qənaətinə gəlir. İnzibati məsuliyyətin əsasını təşkil edən İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 528.1-ci maddəsinin dispozisiyası icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə məhkəmə hakimiyyətinin nüfuzunun təmin edilməsi və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburi icrası ilə bağlı yaranan ictimai münasibətlərdir. İş materiallarından, o cümlədən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2020 nömrəli, xx.xx.2020-ci i tarixli icra sənədindən və Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından müəyyən edilir ki, Şəxs üzərinə hər ay 340 manat məbləğində aliment ödəmək öhdəliyi qoyulmuşdur. İcra məmurunun xx.xx.2026-cı il tarixli protokolu və məhkəmə iclasındakı izahatı ilə təsdiq olunur ki, borclu tərəfindən borcun yalnız cüzi bir hissəsi ödənilmiş, 21420 manat məbləğində borc qalmışdır. Bu hərəkətsizlik, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gələn öhdəliyin icra edilməməsi, İXM-nin 528.1-ci maddəsinin obyektiv cəhətini tam əhatə edir. Şəxs gəlirlərinin olmadığını və aylıq 340 manat alimenti ödəmək imkanının olmadığını bildirsə də, bu hal onu icra sənədini icra etməmək məsuliyyətindən azad etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının Ailə Məcəlləsi alimentin miqdarının azaldılması və ya ondan azad edilməsi üçün müvafiq məhkəmə proseduru nəzərdə tutur. Lakin, mövcud qətnamə qanuni qüvvədə olduğu müddətcə onun icrası imperativ xarakter daşıyır. Məhkəmə şəxsin maliyyə öhdəliklərinin kifayət etməməsi əsasından aliment öhdəliyini tam icra edə bilməməsi xüsusatına tənqidi yanaşır. Qeyd olunur ki, hazırda borclunun borcu 21420 manat təşkil edir və artıq neçə ildir ki, borcundan ödəniş etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə vurğulamışdır ki, İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsi olan "məhkəməyə müraciət etmək hüququ", məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icrasını da əhatə edir (Hornsby Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qərarının tam şəkildə icra edilməməsi Konvensiyanın 6-cı maddəsinin mahiyyətini anlamsız edərdi. Beləliklə, məhkəmə Şəxs əməllərində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementlərinin – obyekt, obyektiv cəhət, subyekt və qəsd formasında təqsirdən ibarət subyektiv cəhətin mövcudluğunu tam sübuta yetirilmiş hesab edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar (İXM 53-cü maddə) müəyyən edilməmişdir. İnzibati tənbeh tədbirinin növünü və həddini təyin edərkən, məhkəmə İXM-in 31-ci maddəsinin tələblərini rəhbər tutur. Məhkəmə, İXM-nin 32-ci maddəsinin tələblərinə uyğun olaraq, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hər hansı bir hal müəyyən etməmişdir. Məhkəmə iclasında İXM-nin 33-cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsi inzibati tənbehin məqsədinin həm də şəxsin islah olunması və yeni xətaların qarşısının alınması olduğunu təsbit edir. Bütün bu halların məcmusunu nəzərə alaraq, məhkəmə hesab edir ki, İXM-in 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin tətbiqi qeyri-effektiv və qeyri-mütənasib olardı. Belə şəraitdə, İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş tənbeh məqsədlərinə nail olmaq üçün yeganə adekvat tədbir, onun cəmiyyətdən müvəqqəti təcrid edilməsini nəzərdə tutan inzibati həbs növündə tənbehin tətbiq edilməsidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (gün ) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 yanvar 2026-cı il tarixdən, saat 18:08-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar