Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-1481/2026 19.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-in 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki .”Bakcell” MMC (VÖEN **********) tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının, auditor əyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc olunmamasına görə İXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokolda AZ1110, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin VÖEN-i kimi ********** nömrəsi qeyd edilsə də, kommersiya qurumlarının dövlət reyestri məlumatlarında sözügedən VÖEN nömrəsi sorğu edilərkən, həmin nömrənin "X1 Limited" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olması görünür. Bundan əlavə, həmin portaldan edilmiş sorğu nəticəsində Şəxs MMC-nin hüquqi ünvanı isə AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 noyabr, ev.113 olaraq müəyyən edilmişdir. Göründüyü kimi, protokol bir sıra ciddi qüsurlarla tərtib edilmişdir və həmin qüsurların məhkəmə iclasında aradan qaldırılması mümkün deyildir. İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş materiallarında anlaşılmazlıq mövcuddur və bu anlaşılmazlığın aradan qaldırılması mümkün deyildir. Bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs MMC barəsində İXM-in 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Göstərilənləri və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* nömrəli 10 mart 2026-cı il tairxli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardad qətidir, şikayət verilə bilməz. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-1481/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-1481/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver