Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-192/2026 19.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X12 oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 23 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 23 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətində bildirmişdir ki, fərdi sahibkar kimi uzun müddətdir fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrdə bütün vergiləri və digər icbari ödənişləri nümunəvi sahibkarlıq subyekti kimi vaxtı vaxtında ödəyir. Bu günədək hər hansı bir dövlət orqanları ilə problem yaşanmamışdır. Fəaliyyəti dövründə xeyli sayda işçiləri olmuşdur və onlarında qanunvericiliyin tələblərinə müvafiq olaraq bütün sosial ödənişləri təmin olunmuşdur və hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. Qərarda qeyd olunmuşdur ki, X7 güya 2025-ci ildə müəssisədə əmək müqaviləsi olmadan işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti hər hansı obyektiv araşdırma aparmadan 23 dekabr 2025-ci il tarixdə MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta inzibati tənbeh vermə haqqında qərar qəbul edərək X4 3000 manat cərimə etmişdir. Aşağıdakı səbəblərdən hesab olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 23 dekabr 2025-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuzdur və qəbul edilmiş cərimə Qərarı ləğv edilərək başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, X5 fərdi sahibkar kimi vergi qeydiyyatına alınmışdır. Yəni fiziki şəxs statusu daşıyır. X7 müəssisənin deyil bilavasitə onun işçisi olmuşdur. Lakin, buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti onun barəsində vəzifəli şəxs kimi inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarından göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin qəbul etdiyi 23 dekabr 2025-ci il tarixdə MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qanunsuz qəbul olunmuşdur. Bu səbəbdən də, tərtib edilən qərarla razılaşmır. Ona görə də sözügedən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsaslanaraq qəbul edilən 23 dekabr 2025-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərardan “Şikayət” ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsaslanaraq qəbul edilən 23 dekabr 2025- ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ona rəsmi olaraq 05 yanvar 2025-ci il tarixdə çatmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin qəbul etdiyi 23 dekabr 2025-ci il tarixdə MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın ləğv edilərək başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin “İnzibati tənbeh vermə haqqında” 23 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, ünvan 1 ünvanda noyabr 2025ci il tarixdə saat 10:59-da X2 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 192.1-ci maddəsinə əsasən: Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatdadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək , hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir. 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 23 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(5-97)-192/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-192/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver