Məhkəmə qərarları › İş №3(5-97)-232/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-232/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-232/2026 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin məmuru X4, Tələbkar - Zərərçəkmiş şəxs iştirakları ilə, Tələbkarın vəkili - Bakı şəhəri “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin məmuru X6 tərəfindən Şəxs barəsində MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Cəfərov X2 Rayon Məhkəməsinin 2(005)-2191/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən yaranmış 7300 AZN aliment borcunu ödəməkdən imtina etmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin məmuru X6 protokolu müdafiə edərək, bildirmişdir ki, borclu Şəxs barəsində icra sənədi xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Bu barədə özünə məlumat verilmiş, bildiriş göndərilmiş, həmçinin dəvət edilərək izahlar da verilmişdir. Lakin məhkəmə qərarına əsasən alimentin xx.xx.2025-ci il tarixdən hesablanmasına etiraz etmiş və yığılmış məbləği ödəmək istəməmişdir. Tələbkar isə şikayətçidir. Tərtib edilmiş protokol əsasında barəsində qanunvericiliklə müəyyən edilmiş tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 2016-cı ildən ayrı yaşayırlar, bir övladı vardır, subaydır. Məhkəmə qərarında xx.xx.2025-ci il tarixdən hesablanması barədə məlumatı olmamışdır. Hər ay 250 manat pul ödəyir hazırda. Qərarın icrası barədə oktyabr ayında məlumatı olmuşdur. Daha sonra razılaşmadığı üçün icra qrumuna getməmişdir. Hal-hazırda 1000 manat ödəyə bilər. Artıq ödəniş etmək imkanı yoxdur. Həmin qərardan da məhkəməyə şikayət veriləcəkdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, bir övladı vardır. Özü universitetdə işləyir, tək işləyərək övladına baxır. Övladı xəstədir, daima psixoloq nəzarətində olur. Mütəmadi olaraq mülicələrə getməlidir. Aylardır dəfələrlə həm Şəxs özünə, həm də ailə üzvlərinə məlumat verdiyini, lakin maddi imkanlarının yaxşı olmalarına baxmayaraq heç bir ödəniş etmədiklərini “bizə heç kim heç nə edə bilməz” deyərək telefonlara cavab vermirlər. Ödəmək imkanı olduğu halda övladının aliment pulunu ödəmir. Əvvəl özəl məktəbdə oğlunun təhsil aldığını, daha sonradan atası təhsil haqqını ödəmədiyi üçün dövlət məktəbinə qoyduğunu bildirmişdir. Övladının müalicəyə ehtiyacı var, məktəb xərcləri var. Hazırda 1000 AZN məbləğin ödənilməsi ilə qətiyyən razılaşmadığını bildirir. Barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədlər ilə müəyyən edildi: Nərimanov rayon Məhkəməsinin 2(005)-2191/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 2,5 misli həddində aliment tutularaq (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-182/2025 saylı, xx.xx.2025-ci il tarixli müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardadı nəzərə alınmaqla) iddiaçı Zərərçəkmiş şəxs.ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli № e230691/2025-15-2 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov rayon Məhkəməsinin 2(005)-2191/2025-034 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə qərarının tələblərini bilə-bilə yerinə yetirməmiş, öhdəliyin icrasından qəsdən yayınmışdır. Məhkəmə qərarı barədə məlumatı olmamasını bildirsə də, icra məmuru tərəfindən ona məlumatın verildiyini, eləcə də övladını gördüyünü, məhkəmə mübahisəsi olmasını özü qeyd etmişdir. Bu da onun məhkəmə qərarından və icra vərəqəsindən xəbərdar olması qənaətinə gəlməyə imkan verir. Bu hal nəzərə alınmaqla, qanunvericiliyin tələblərinin təmin edilməsi, məhkəmə qərarlarının icrasının məcburiliyinin təmin olunması, eləcə də barəsində inzibati icraat aparılan şəxsin islah olunması məqsədilə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruri və qaçılmazdır. Buna görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130, 528.1 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 yanvar 2026-cı il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar