Məhkəmə qərarları › İş №3(5-97)-247/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-247/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-247/2026 14.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 16:45 Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs Əbduləli oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin 14 yanvar 2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, vətəndaş Nəsibov X1 rayonu, Z.Bünyadov küçəsi ərazisində tanımadığı şəxsi təhqir etməklə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Əbduləli oğlu DİN-in 102 xidmətinə müraciət edərək Nərimanov rayonu, Ayna Sultanov küçəsində köməkçi yoldan 20 Yanvar istiqamətində hərəkətdə olarkən Təcili tibbi yardım avtomobilə yol vermiş, bundan sonra **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil arxasınca getmək istəyərkən aralarında mübahisə yaranmışdır. Şəxs idarə etdiyi, taksi fəaliyyəti ilə məşğul olduğu avtomobildə sərnişin olmasına baxmayaraq Zərərçəkmiş şəxs Əbduləli oğluna nalayiq ifadə işlətməklə sonuncudan avtomobili saxlamasını tələb etmiş, Z.Bünyadov küçəsində, ictimai yerdə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməklə xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bu səbəbdən barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il saat 16 radələrində Nərimanov rayonu, Ayna Sultanov küçəsində köməkçi yoldan 20 Yanvar istiqamətində hərəkətdə olarkən Təcili tibbi yardım avtomobilinə yol vermək istəmiş, onunla bərabər hərəkətdə olan digər sürücü ilə arasında mübahisə yaranmışdır. Həmin vaxt əsəbi olduğuna görə küçədə Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmişdir. Əvvəllər Bakı şəhəri Xətai RPİ-nin əməkdaşları tərərindən İXM-in 510-cu maddəsi ilə və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Birinci tənbeh üzrə cəriməni ödəsə də, ikinci üzrə cəriməni ödəməmişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əbduləli oğlu izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Atatürk prospekti ərazisində hərəkətdə olan zaman Təcili tibbi yardım avtomaşınına yol vermiş, lakin “Toyota” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücüsü Təcili tibbi yardım avtomobilinin arxasına düşmək istədiyindən ona yol verməmişdir. Həmin sürücü bundan dolayı əsəbiləşərək mübahisə yaratmış, ona qarşı nalayiq ifadələr işlətmiş, söyüb təhqir etmişdir. Qeyd olunanlara əsasən barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:47-də DİNin 102 xidmətinə Zərərçəkmiş şəxs Əbduləli oğlu zəng edərək, Nərimanov rayonu, Ayna Sultanova küçəsində köməkçi yoldan 20 yanvar istiqamətində hərəkətdə olarkən Təcili tibbi yardım avtomobilinə yol verərkən **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün arxasınca getmək üçün mübahisə yaratdığını bildirmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 15:28-də inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il saat 15:30-da tutmadan azad edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-4139/2024 saylı qərarına əsasən Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, iş materiallarında olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, ünvan 2 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, Şəxs barəsində əvvəllər də inzibati tənbeh tədbiri tətbiq olunmasını, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbeh tətbiq etməklə qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyin və ya yeni inzibati xəta törədilməsinin qarşısını almağın qeyri-mümkün olması qənaətinə gəlməklə, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 yanvar 2026-cı il saat 15:28-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 48-61, 114-115, 128- 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 4 (dörd) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 13 yanvar 2026-cı il saat 15:28-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar