Məhkəmə qərarları › İş №3(5-97)-249/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-249/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-249/2026 28.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim olunan protokoldan və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Nadir Rza-zadənin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Nərimanov rayonu Təbriz küçəsi ilə Ə.Ağaoğlu küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2004-cü il təvəllüdlü Şəxs xəsarət alması barədə məlumat daxil olmuşdur. Səlahiyyətli orqana, və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir ki, 29 noyabr 2025-ci il tarixdə saat 01:50 radələrində o özünə məxsus idarə etdiyi Tufan S50 markalı moped ilə Nərimanov rayonu Təbriz küçəsi ilə yolun soldan birinci zolağı ilə Ə.Ağaoğlu küçəsi ilə olan kəsişməyə doğru 50 km sürətlə kəsişməyə işıqforun qırmızı işığından keçərək düzünə hərəkət edərkən kəsişməyə işıqforun yaşıl işığından keçərək hərəkətdə olan Chevrolet Malibu markalı avtomobilin arxa bufer və qanad tərəfinə toqquşmuş və mopedlə birgə yerə yıxılmışdır. Həmin vaxt mopeddə arxada oturan dostu Eşqində yerə yıxılmışdı. Hadisə zamanı o dəbilqədən istifadə emişdir. Eşqində isə dəbilqə olmamışdır. Hadisədən qabaq dostları ilə birgə kafedə oturub spirtli içki qəbul etmişdi. Hadisədən sonra təcili yarıdmla KTM-nə xəstəxanaaya aparılmış və oradanda sərxoşluq müayinədən keçərək spirtli içki qəbul etməyi təsdiqini tapmışdı. Təqsirkar olduğunu etiraf edir, mopedi ilə kəsişməyə işıqforun qırmızı İşığından keçmişdir. Barəsində yüngül inzibati tənbeh növündə cəza tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Arasdırma zamanı izahatı alınan X2 göstərmişdir ki, 29 noyabr 2025-ci il tarixdə saat təxminan 01:45 radalarinda o yol vərəqəsi əsasında idarə etdivi Chevrolet Malibu markalı ** YN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Xətai prospekti Təhsil Nazirliyin qarşısında kecib sağ tərəfə dönüb Ə.Ağaoğlu küçəsi kəsişməyə çatmamış İşıqforun qırmızı İşığı yandığından avtomobili sağdan birinci zolaqda boyunca üzü Təbriz küçəsi ilə olan kəsişməyə doğru saatda 30-40 km sürətlə hərəkət edib saxlamisdir. bir müddət sonra isigforun yaşıl sığı artıq yanandan sonra saatda 30 km sürətlə kasisməyə daxil olub düzünə harakatina davam edərkən qəflətən avtomobilinin arxa sol bagai hissəsinə bərk zərbə dəymişdi. O özünü itirmiş və maşını dərhal saxlamışdır. Maşından düsdükdə bir nəfər cavan oğlan yerdə uzanmış vəziyyətdəri və motosikl yerdə olmasını Onun avtomobilinin baqaj və azilmişdir. Həmin moped işıqforun qırmızı İşığını keçərək kəsişməyə daxil olması nəticəsində hadisə baş verib. Sonra o təcili yardıma zəng vurub çağırmış və onlar gələndən sonra mopedin sürücüsünü xəstəxanaya aparmışlar. Hadisə zamanı avtomobildə tək olub və xəsarət almayıb. Toqquşmadan əvvəl mopedin kəsişməyə daxil olmasını görməmişdir. Mopedin İşıqforun qırmızı İşığını keçərək kəsişməyə daxil olub onun avtomobili ilə toqquşması nəticəsində avtomobili əzilərək ona maddi ziyan dəymişdir. Moped sürücüsü hadisə yerində olarkən ondan spirtli içki iyi gəlirdi. xx.xx.2025-ci il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti sərxoşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə - X4 X1" X3 xx.xx.2025-ci il tarixli 1227 nömrəli rəyindən görünür ki, Şəxs almış olduğu xəsarətlər: sağ və sol dirsək oynağının, sol aşıq - baldır oynağının sıyrıqları, yuxarı ətraf qurşağı və bazunun səthi travması, döş qəfəsinin səthi travması, diz oynağının əzilməsi, qarnın, beldən aşağı hissəsinin və çanağın səthi travması küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin : 338.10-cu maddəsinə əsasən , 338.10. Bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar