Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-290/2026 28.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, X1 Bakı şəhəri Nərimanov Rayon Dövlət X6 tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nərimanov Rayon Dövlət X5 tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Elmar Osmanlı bildirir ki, xx.xx.2025-ci il tarixində yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılma zamanı ona qarşı alkotesterlə yoxlama aparılmamış, tibbi müayinəyə rəsmi göndəriş verilməmiş, eləcə də alkoqollu vəziyyəti təsdiq edən hər hansı obyektiv sübut tərtib edilməmişdir. Buna baxmayaraq, inzibati xəta haqqında protokolda tarix kimi xx.xx.2025-ci il göstərilmişdir. Qeyd olunan tarixdə Elmar Osmanlı faktiki olaraq saxlanılmamış, yalnız SMS bildirişi vasitəsilə barəsində inzibati protokol tərtib edildiyini öyrənmişdir. O, ilkin inzibati cərimə qərarından məhkəməyə şikayət etmiş və məhkəmə tərəfindən 400 manat məbləğində cərimə qərarı ləğv edilərək işin yenidən baxılması üçün Nərimanov Rayon DYP-yə göndərilməsi barədə qərar qəbul edilmişdir. Lakin inzibati orqan tərəfindən işə Elmar Osmanlının iştirakı təmin edilmədən, ona izahat vermək hüququ tanınmadan, yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol ən gec iki sutka (48 saat) ərzində tərtib olunmalıdır. Halbuki, Elmar Osmanlı barəsində protokol faktiki saxlanma tarixindən təxminən 80 gün sonra tərtib edilmişdir. İXM-nin 84-cü maddəsinə əsasən, inzibati xətanın mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Eyni zamanda, 83.1-ci maddəyə görə şəxsin təqsiri sübuta yetirilmədikdə, o, təqsirsiz sayılır. Bu baxımdan, saxlama anını əks etdirən yol polisi əməkdaşlarının bədən kameraları, xidmət avtomobilinin və yol kameralarına aid video-görüntülərin məhkəməyə təqdim edilməsi tələb olunur. Bundan əlavə, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlbetmə müddəti iki ay olduğu halda, bu müddət aşılmışdır. Qeyd olunur ki, xx.xx.2025-ci il tarixində saat 15:48-də inzibati protokol tərtib edildikdən sonra Elmar Osmanlı öz təşəbbüsü ilə saat 16:30-da tibbi müayinədən keçmişdir. Tibbi müayinə nəticəsində onun alkoqollu vəziyyətdə olmadığı rəsmi tibbi aktla təsdiq edilmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vemiş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Dövlət X3 nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Bakı şəhəri Nərimanov Rayon Dövlət X5 tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 15:48-də İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və 400 manat məbləğində cərimə edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, 22 aprel 2025-ci il tarixdə protokol ondan ötrü tərtib olunmuşdur ki, “Kia” markalı 99TM931 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Osmanlı Elmarın spirtli içki içdiyi aşkar olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli X1 İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Dövlət X5 tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. İXM-in 333.1-ci maddəsinə əsasən. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, inzibati iş üzrə əsas sənədlər arasında kəskin və aradan qaldırılması mümkün olmayan ziddiyyət mövcuddur. Bu hal inzibati xətanın vaxtını, yerini və törədilmə şəraitini qeyri-müəyyən edir və hadisənin faktiki olaraq hansı tarixdə və hansı hüquqi əsasla baş verdiyini müəyyən etməyə imkan vermir. İnzibati məsuliyyətin tətbiqi üçün zəruri olan hüquqi faktların belə qeyri-müəyyənliyi isə inzibati xəta tərkibinin mövcudluğunu şübhə altına alır. Tarixlər arasındakı bu cür ciddi uyğunsuzluq inzibati orqanın hadisəni tam, hərtərəfli və obyektiv araşdırmadığını, sübutların isə qanunun tələblərinə uyğun toplanmadığını və qiymətləndirilmədiyini açıq şəkildə nümayiş etdirir. İnzibati xəta haqqında iş üzrə qəbul edilən qərar təxmin və fərziyyələrə əsaslanmış, lakin konkret və etibarlı sübutlarla təsdiqlənməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tənbeh edilməsi barədə Nərimanov Rayon Dövlət X5 tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-290/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-290/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver