Məhkəmə qərarları › İş №3(5-97)-293/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-293/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-293/2026 28.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseyova Gülsüm Üzeyir qızının katibliyi ilə, Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsi tərəfindən tərtib edilmiş 14 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 14 yanvar 2025-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus obyektdə aparılan YTM zamanı “İcbari Sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 35.2-ci bəndinin tələblərinin pozulduğu aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin nümayəndəsi X3 çıxış edərək yolxalama zamanı Şəxs MMC tərəfindən daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilmədiyini bildirmiş və protokolu müdafiə etdiklərini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmədə tədqiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahiş məlumat reyestri”ndən əldə edilmiş KY262479358 saylı Çıxarışdan aydın olur ki, Şəxs MMC-də xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək plandankənar yoxlama keçirilməsi barədə məlumatlar reyestrə qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın nəticələrindən görünür ki, Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili, Binalanın, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri , Elektirik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri, Yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər (Köçürmənin (təxliyyənin) idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsinə, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularına olan tələblər), Ticarət, ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazaların və anbarların bina və otaqlarının yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılması, Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda yanğın avtomatikası qurğularının istismar vəziyyəti, Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda elektrik qurğularının istismar vəziyyəti, Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda yanğın texnikasının və rabitə vasitələrinin saxlanılma vəziyyəti tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin Q-226 saylı “Yanğın-Texniki Müayinə” Aktından görünür ki, Müayinə (YTM) zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu: obyekt daşınmaz əmlakın istismarı ilə bağlı mülki məhsuliyyətin icbari sığortası növündə sığortalanmamışdır obyekt daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmamışdır obyekt yanğın xəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb obyektdə yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün, kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq edilmə yolu ilə bərkidilməyib soyuq burma üsulundan istifadə olunmuşdur obyektin təxliyyə planı hazırlanaraq görünən yerlərdən asılmayıb obyektin görünən yerlərində yanğından mühafizə xidmətinin çağırış telefon nömrələri qeyd olunan göstərici lövhələr aşılmayıb obyektin yanar taxta konstruksiyaları odadavamlı məhlulla hopturulmayıb obyektin elektrik kabel və naqillərinin izolyasiya qatının gərgiliyə qarşı müqaviməti yoxlanaraq akt tərtib olunmayıb obyektdə təxliyyə çıxış yolunu göstərən işıqlandırılmış "Çıxış" sözü yazılmış lövhələr quraşdırılmayıb obyektdə yerləşdirilmiş ilkin yanğınsöndürmə balonları obyektin döşəmə səviyyəsindən balonun aşağı başlığına qədər 1.5 metr hündürlükdə asılmayıb obyektdə yerləşdirilmiş ilkin yanğınsöndürmə balonların üzərində yerləşdirilmiş göstərici nişanlar döşəmə səviyyəsindən 2-2.5 metr hündürlükdə asılmayıb. Məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. İnzibati material üzrə araşdırılan sübutların məcmusu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər lazımi qaydada görülməmiş, “Yanğın-Texniki Müayinə” Aktından görünür ki, Müayinə (YTM) zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu: obyekt daşınmaz əmlakın istismarı ilə bağlı mülki məhsuliyyətin icbari sığortası növündə sığortalanmamışdır, obyekt daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmamışdır obyekt yanğın xəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb, obyektdə yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün, kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq edilmə yolu ilə bərkidilməyib soyuq burma üsulundan istifadə olunmuşdur, obyektin təxliyyə planı hazırlanaraq görünən yerlərdən asılmayıb, obyektin görünən yerlərində yanğından mühafizə xidmətinin çağırış telefon nömrələri qeyd olunan göstərici lövhələr aşılmayıb obyektin yanar taxta konstruksiyaları odadavamlı məhlulla hopturulmayıb , obyektin elektrik kabel və naqillərinin izolyasiya qatının gərgiliyə qarşı müqaviməti yoxlanaraq akt tərtib olunmayıb, obyektdə təxliyyə çıxış yolunu göstərən işıqlandırılmış "Çıxış" sözü yazılmış lövhələr quraşdırılmayıb obyektdə yerləşdirilmiş ilkin yanğınsöndürmə balonları obyektin döşəmə səviyyəsindən balonun aşağı başlığına qədər 1.5 metr hündürlükdə asılmayıb , obyektdə yerləşdirilmiş ilkin yanğınsöndürmə balonların üzərində yerləşdirilmiş göstərici nişanlar döşəmə səviyyəsindən 2-2.5 metr hündürlükdə asılmayıb, bununla da Azərbaycan Respublikası YTQ-nın tələbləri pozulmuşdur. İXM-nin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy İş № 3(005)-3594/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 21 avqust 2024-cü il Bakı şəhəri Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx"MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılır İclas saat 10:35-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Məhkəmə müşavirə otağına gedir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Məhkəmə iclası saat 10:45-də bağlı elan olunur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar