Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-303/2026 27.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs Rzayev Zöhrab Babaşirin oğlunun iştirakları ilə, Rzayev Zöhrab Babaşirin oğlunun Azərbaycan Respublikası DİN-nin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32397557 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Rzayev Zöhrab Babaşirin oğlunun Azərbaycan Respublikası DİN-nin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32397557 saylı qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının DİN Baş X3 İdarəsinin xx.xx.2025-ci il- tarixli, EQ 32397557 nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə mən təqsirli bilinərək barədə 60 manat inzibati cərimə tənbeh növündə tənbeh tətbiq edilmiş və törədilmiş xətaya müvafiq olaraq 2 bal təyin edilmiş, həmin Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə, onun tərəfindən bir il ərzində 220 bal toplandığından Məcəllənin 27.4-cü maddəsinin tələbinə əsasən barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə ertmək hüquqununun məhdudlaşdırılması qərara alınmışdır. “Ford Fiesta” minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. O, həmin MMC-də işləyirə və işlə əlaqədar lazım olanda yol vərəqəsi əsasına MMC-yə məxsus boş olan, yəni həmin zaman istifadə edilməyən avtomobillərdən birini idarə edirəm. Qeyd edir ki, inzibati xəta hadisəsi baş verən zaman, yəni xx.xx.2025-ci il tarixdə o həmin avtomobili idarə etməmişdir. Avtomobil 350 nömrəli, 01-31 dekabr 2025-ci il tarixli yol vərəqəsi əsasında MMC-nin digər işçisi X2 istifadəsində olmuşdur. Bununla da görünür ki, törədilmiş inzibati xətanın ona aidiyyəti yoxdur. Bu səbəbdən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32397557 nömrəli qərar əsassızdır. Azərbaycan Respublikasının DİN Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32397557 nömrəli qərarı ləğv edilməsi, inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Rzayev Zöhrab Babaşirin oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32397557 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, O, "xxxx" MMC-də işləyir, inzibati xəta hadisəsi baş verən zaman, yəni xx.xx.2025-ci il tarixdə o həmin avtomobili idarə etməmişdir. Avtomobili digər sürücü X2 istifadəsində olmuşdur. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini və qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32397557 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Rzayev Zöhrab Babaşirin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. 350 nömrəli yol vərəqindən görünür ki, Ford Fiesta minik marlalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil üçün yol vərəqi X2 üçün verilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən Rzayev Zöhrab Babaşirin oğlu tərəfindən İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş dayanma qaydasını pozmağa görə 60 manat məbləğində cərimə edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rzayev Zöhrab Babaşirin oğlu barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən, inzibati orqan heç bir araşdırma aparmadan Rzayev Zöhrab Babaşirin oğlu barəsində xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32397557 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan müraciətdən, o cümlədən hüquqi şəxsin yol vərəqəsindən görünür ki, sözügedən nəqliyyat vasitəsi inzibati xəta törədilən zaman X1 istifadəsində olmuşdur. İnzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xəta hadisənin mövcudluğunu sübut etməmişlər Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarını tam şəkildə araşdırmadan, Rzayev Zöhrab Babaşirin oğlu barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. Yekunda bu qərar onun sürücülük hüqununun məhdudlaşdırılmasına səbəb olmuşdur. Ona görə də, şikayət qismən təmin edilməli, Baş X3 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Rzayev Zöhrab Babaşirin oğlunun İXM-nin 346.9-cu maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32397557 saylı qərar ləğv edilməli və Rzayev Zöhrab Babaşirin oğlu barəsində işə yenidən baxılması Baş X3 İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Rzayev Zöhrab Babaşirin oğlunun İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32397557 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-303/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-303/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver