Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-309/2026 28.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqiliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsi ilə 00900-00020/26 nömrəli 08 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X5" MMC tərəfindən (VÖEN: **********) xx.xx.2025-ci il tarixli. **********0539 sorqu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş “İribuynuzlu heyvanların duzlanmış mədələri, bağırsaqları və penisləri” yükünün dəyərinin 33500.00 (otuz üç min beş yüz) ABŞ dolları məbləğində vəsaitin MMC-nin müvəkkil bank hesabına köçürülməməsi ilə badlı Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli 3-33- 1600/012/002656 nömrəli Raport daxil olmuşdur. Şəxs MMC tərəfindən ixrac olunmus malların müqabilində müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 33500.00 (otuz üç min beş yüz) ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasmın səbəbinin avdınlaşdırılması məqsədilə MMC-nin qeydiyyatda olduğu ünvan 2 ünvanına xx.xx.2025-ci il tarixli 3-33-1600/2-000898/2025 saylı məktub göndərilərək xx.xx.2025-ci il tarixdə Gəncə Gömrük İdarəsinin Yevlax Gömrük postuna (Əməliyyat və Təhqiqat şöbəsi) dəvət olunmuşlar. Bundan əlavə MMC-nin direktoru X2 istifadəsində olan 050 ***-**-** mobil nömrə ilə dəfələrlə əlaqə saxlanılaraq Mehdiyev Yalçın araşdırma ilə baqlı Yevlax Gömrük postuna (Əməliyyat və Təhqiqat şöbəsi) dəvət edilmiş o. gələcəyini bildirsədə bu günə kimi o və yaxud da MMC-nin başqa heç bir nümayəndəsi dəvət olunduğu verə gəlməmiş və gəlməməsinin səbəbi ilə baqlı rəsmi məlumat verməmişdir. Araşdırma müddətində 06.01 2025-ci il tarixli **********0539 sorğu nömrəli gömrük bəyannaməsinin dəyərinin 33500.00 (otuz üç min beş yüz) ABŞ dollarının "X6” MMC-nin müvəkkil bank hesabına köçürülməsinin müəyyən edilməsi məqsədi ilə informasiya resursuna baxış keçirilmiş və baxış zamanı 33500.00 ABŞ dollarının 33465.02 ABŞ dolları xx.xx.2025-ci il tarixdə MMC-nin müvəkkil bank hesabına köçürüldüyü və 34.98 ABŞ dollarının isə MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsiməhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə həmin şəxslərin (nümayəndələrin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Məlumat üçun bildirirəm ki. Gömrük xidmətinin “X1 Sistem” xidmətindən əldə olunmuş məlumatlar əsasında ünvan 3 ünvanında yerləşən “MГ Trading Company' Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən Gəncə Gömrük İdarəsində **********0539 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyəri 35660 00 ABŞ dolları (otuz beş min altı yüz altmış) olan vəsaitin bir hissəsi 2160.00 ABŞ dollarını (iki min yüz altmış) ixracatçının bank hesabına köçürmüş qalan 33500.00 ABŞ dollarını (otuz üç min beş yüz) ixracatçının bank hesabına köçürülməmişdir. Bununla əlaqədar tərəfimizdən “MF X3 Məsuliyyətli Cəmiyyətinə bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına 2025-cı ıl 7 iyul tarixli 1600-012/097 nömrəli Bildiriş göndərilmişdir. “X6'' MMC-nin ixrac etdiyi yüklərin ödənişləri ilə bağlı Gəncə Gömrük İdarəsinə bugünədək heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına dair” 1600-012/07 nömrəli bildirişdən görünür ki, **********0539 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 33500.00 ABŞ dolları (otuz üç min beş yüz) ekvivalentində olan vəsaitin bankda olan hesaba köçürülməsi təmin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İXM-in 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 34.98 ABŞ dollarının 30 (otuz) faizi inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-Nin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 34.98 ABŞ dollarının (otuz dörd doxsan səkkiz) ABŞ dollarının 30 (otuz) faizi, yəni 10.5 (on beş) ABŞ dolları məbləğində (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-309/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-309/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver