Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-323/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, Barəsində protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində, saat 04:10 radələrində “Range Rover” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM-nin 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunmuş şəxs Şəxs çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixə avtomobil idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sərxoşluq Vəziyyətinin yoxlanılması tələb edilmişdir və həmin vaxt bir avadanlıqdan istifadə etmişlər. Həmin avadanlığın sertikatını tələb etmişdir. Lakin polis əməkdaşları onu tibbi müayinədən keçməyə dəvət etmişlər. O da tibbi müayinədən keçmək üçün Respublika Narkoloji Mərkəzə getmişdir. Heç bir halda müayinədən imtina etməmişdir. Müəssisədə müayinədən keçmək istədiyini bildirsə də akta imtina etmiş kimi qeyd etmişlər. Həmin gün müəssisədə özü müayinədən keçmiş və aktda içki təsiri altında olmadığı göstərilmişdir. Həmçinin polis orqanları tərəfindən qəbul edilmiş qərardadda 343-1.1-ci maddə göstərilsə də protokolda 343.1-ci maddənin göstərildiyini, qeyri-müəyyənliyin olduğunu bildirmişdir. Məhkəmədən protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onların iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində, saat 04:10 radələrində “Range Rover” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM-nin 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2025-ci il tarixli, 2/3292 saylı Aktdan görünür ki, Şəxs saat 03:35 radələrində müayinədən keçməkdən imtina etmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2025-ci il tarixli, 1/14260 saylı Aktdan görünür ki, Şəxs saat 05:15 radələrində keçdiyi müayinədə alkoqolluq əlamətləri ayıq hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-nin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 343.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 343-1.1. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan Şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmadığını, hər hansı yol hərəkəti qayda pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq, onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarının araşdırılmasından müəyyən edilmişdir ki, sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılmış tibbi müayinə aktına əsasən Şəxs alkoqol vəziyyəti ayıq olmuşdur. Bu hal şəxsin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və inzibati xətanın tərkibinin mövcudluğunu şübhə altına alır. Bununla yanaşı, şəxs barəsində tərtib edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2025-ci il tarixli 2/3292 saylı aktda onun güya tibbi müayinədən imtina etdiyi göstərilmişdir. Lakin iş materiallarının məzmunu və faktiki hallar arasında ziddiyyət mövcuddur. Belə ki, əgər şəxs tibbi müayinədən imtina etmişdirsə, bu halda o yenidən nəyə görə dərhal həmin müəssisədə müayinədən keçmişdir. Həmçinin müayinədən keçdiyi vaxtlar arasında uzun bir müddət olmamışdır. Bundan başqa protokolda şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, qərardadda, eləcə də elektron sistemdə şəxsin barəsində 343.1-1-ci maddə ilə protokol tərtib edildiyi öz əksini tapmışdır ki, bu da öz növbəsində protokolun əsaslılığını şübhə altına alır. Qeyd olunan ziddiyyətlər inzibati xəta haqqında toplanmış sübutların etibarlılığına ciddi şübhə yaradır, inzibati icraatın obyektivliyini və qanuniliyini pozur, habelə işin hərtərəfli, tam və qərəzsiz araşdırılmasına mane olur. Bu baxımdan məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar inzibati tənbehin tətbiqi üçün kifayət və mötəbər olmadığından, tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* “İnzibati xəta haqqında” protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* “İnzibati xəta haqqında” protokol ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-323/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-323/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver