Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-346/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X3 Bakı şəhəri Baş Polis İdarəsinin X11i şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, X7 barəsində Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə göstərilmişdir ki, X4 məxsus **-CY-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobil xx.xx.2025-ci il tarixdə yol polisi əməkdaşları tərəfindən texniki qaz analizatoru vasitəsilə yoxlanılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi üzrə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokol İXP ******* saylı olub, polis leytenantı X6 tərəfindən Bakı şəhəri, Ziya Bünyadov prospekti, məhəllə 2062.11 ünvanında tərtib edilmişdir. Yoxlama zamanı cihaz üzrə HC-164 ppm, CO- 0,37 %, CO₂- -12,39 %, O₂-15,01 %, Lambda -2,14 və AFR- 26,26 göstəriciləri qeydə alınmışdır. Qeyd olunan göstəricilər əsasında İXM-nin 342.5-ci maddəsinin tətbiq edilməsi hüquqi və texniki baxımdan əsassızdır. Belə ki, Azərbaycan Respublikasında katalizatorla təchiz edilmiş minik avtomobilləri üçün CO norması 0,5 % təşkil edir və ölçülmüş 0,37 % göstəricisi normanı aşmır. HC göstəricisinin 164 ppm olması mühərrikdə aradan qaldırılması mümkün olmayan nasazlıq kimi qiymətləndirilə bilməz və bu, sadə sazlama yolu ilə aradan qaldırıla bilən yüngül yanma qeyri-stabililiyidir. Normal işlək mühərrikdə Lambda göstəricisi 0,97–1,03, AFR isə 14,7 olduğu halda, ölçmə zamanı Lambda -2,14 və AFR-26,26 qeydə alınmışdır ki, bu göstəricilər texniki və fiziki baxımdan real mümkün hesab edilmir və ölçmə zamanı cihazın kalibrovka xətasına, analiz borusunda hava sızmasına və ya ölçmə cihazının etibarsız olmasına işarə edir. Bu səbəbdən ölçmə nəticələri etibarlı sübut hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi yalnız aradan qaldırılması mümkün olmayan mühərrik nasazlığı hallarında tətbiq oluna bilər, lakin qeyd olunan avtomobildə belə nasazlığın mövcudluğu sübut edilməmiş, ölçmə nəticələri ekspertiza ilə təsdiqlənməmiş və nasazlığın aradan qaldırılmasının mümkün olmaması faktı müəyyən edilməmişdir. Buna görə də X7 barəsində İXM-nin 342.5-ci maddəsinin tətbiqi qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək bildirmişdir ki, barəsində tərtib olunan protokol əsassız və qanunsuz xarakter daşıyır. Bunu nəzərə alaraq barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Baş Polis İdarəsinin X11i şöbəsinin nümayəndəsi X5 şikayətin əsassız olduğunu bildirərərək təmin edilməməsini xahiş etmişdir. Belə ki, AZS ***-**** “Yol Nəqliyyatı. Ekoloji siniflər” dövlət standartlarından həmin göstəricilər üzrə protokol qəbul edilmək hüququ təsbit edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan: Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X7 tərəfindən Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilən AZS ***-**** “Yol Nəqliyyatı. Ekoloji siniflər” dğvlət standartlarından görünür ki, THC-total hydrocarbon-ümumi karbohidrogen üzrə müvafiq standartlar təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iş materiallarında olan sübutları və təqdim edilmiş sənədləri məcmu halda, hərtərəfli və obyektiv şəkildə araşdıraraq belə qənaətə gəlir ki, X1 inzibati xətanı törətməməsi barədə verdiyi izahat və dəlillər öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, şikayətçinin irəli sürdüyü arqumentlər inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun gəlmir. Belə ki, məhkəməyə təqdim edilmiş “Yol nəqliyyatı” standartlaşdırılması üzrə AZS ***-**** - “Yol nəqliyyatı. Ekoloji siniflər” adlı dövlət standartlarının tələblərindən də aydın şəkildə görünür ki, şikayət ərizəsində qeyd olunan texniki göstəricilər üzrə şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunauyğun hesab edilir. Eyni zamanda, məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X3 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-346/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-346/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver