Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-354/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələri ilə EP seriyalı ******* nömrəli, 21 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı hərtərəfli yoxlama (xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1.1. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanununun 4.4.5-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində bu Qanunun 4.4.1-4.4.4-cü maddələrində nəzərdə tutulmuş məlumatlar və sənədlər əsasında müştəri profilini yaratmalıdırlar. "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydaların (MUT Qaydaları) 3.1-ci yarimbəndində bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş məlumatlar müştəri profilinə daxil edilir və müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklər əsasında müştəri profili üzrə risk qrupu müəyyən edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən xx.xx.2025 - xx.xx.2025-ci il tarixləri arasında 4 sayda müştərilərə münasibətdə istifadəçi profili yaradılmamış və istifadəçinin hansı risk qrupuna (aşağı, orta, yüksək) aid olduğu müəyyənləşdirilməmişdir. (Yoxlama haqqında hesabat. Səh24). 1-ci bənddə qevd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini varadın "Öhdolik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.2.1-ci yarımbəndinə görə OL/TMM siyasəti öhdəlik daşıyan şəxslərin fəaliyyəti zamanı ƏL/TMM-də rəhbər tutacağı əsas prinsipləri, işgüzar münasibətlərin yaradılması qadağan edilən sahələri və öhdəlik daşıyan şəxslərin ƏL/TMM-ə dair daxili qayda, prosedur və nəzarət mexanizmlərinin əsaslarını, eləcə də onların inkişaf istiqamətlərini müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də ƏL/TMM siyasətində daxili qayda, prosedur və nəzarət mexanizmlərinin inkişaf istiqamətləri müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 25). DNP-nin 2.5.2.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxslər məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurlarda məlumat və sənədlərin qeydə alınması, saxlanılması və konfidensiallığınm təmin olunması üzrə məsul işçilər və onların hüquq və vəzifələri nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən məlumat və sənədlərin qeydə alınması, saxlanması və konfidensiallığınm təmin olunması üzrə məsul əməkdaşlar və onların hüquq və vəzifələri müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 25). DNP-nin 2.5.5-ci yarımbəndinə görə məlumat və sənədlərin qeydə alınması və saxlanılması öhdəlik daşıyan şəxslər tərəfindən məlumat və sənədlərin reyestrinin aparması vasitəsilə həyata keçirilir. Məlumat və sənədlərin reyestri (bundan sonra reyestr) öhdəlik daşıyan şəxslər tərəfindən bu Tələblərin 2.5.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların qeydə alındığı məlumat toplusudur. Reyestrdəki məlumat və sənədlərə buraxılışı olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin müştəri məlumatları üzrə reyestrdəki məlumat və sənədlərə giriş hüququ olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 25). DNP-nin 2.5.6-cı yarımbəndinə görə məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurlarda reyestrdəki məlumat və sənədlərin sığorta nüsxəsinin yaradılması və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də məlumat və sənədlərin sığorta nüsxəsi yaradılmamış və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılmamışdır. (Yoxlama haqqında hesabat. Səh 25). DNP-nin 2.6.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin rəhbərliyi əmək funksiyalarının xüsusiyyətlərinə uyğun olaraq işçilərin vəzifə təlimatlarında OL/TMM-yə dair hüquq və vəzifələrinin müfəssəl şəkildə qeyd edilməsini təmin etməli və hər bir vəzifənin əmək funksiyasına uyğun olaraq xüsusiləşdirilmiş yanaşma tətbiq etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də əmək funksiyalarının xüsusiyyətlərinə uyğun olaraq əməkdaşların vəzifə təlimatlarında OL/TMM-ə dair hüquq və vəzifələri müfəssəl şəkildə qeyd edilməmiş və hər bir vəzifənin əmək funksiyasına uyğun olaraq rəhbərlik və əməkdaşların ƏL/TMM-ə dair öhdəlik və vəzifələri üzrə xüsusiləşdirilmiş yanaşma tətbiq edilməmişdir. DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində MMX-ya təqdim edilməsi tələbi öz əksini tapmamış və MMX-ya göndərilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 25). DNP-nin 2.7.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxs tərəfindən müəyyən edilmiş meyarların öhdəlik daşıyan şəxslərin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması, öhdəlik daşıyan şəxs üçün məhdudlaşdırıcı xarakterli olmaması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terroçuluğun maliyyələşdirilməsi (bundan sonra - ƏL/TM) ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsində əsas istiqamətverici vasitə olması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən təsdiq edilmiş "Şübhəli əməliyyatların təhlil edilməsinə dair metodologiya"sında müəyyən edilmiş meyarların MMC- nin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi və yenilənməsinə ildə ən azı bir dəfə baxılması tələbi müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 25). DNP-nin 2.10.5-ci yarımbəndinə görə yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və proseduralarda aşağı riskli yeni məhsullar istisna olmaqla, yeni məhsul və ya xidmət istifadəyə verildikdən sonra ən azı 1 il ərzində həmin məhsul və ya xidmət üzrə əməliyyatların mütəmadi risk qiymətləndirilməsinin aparılmalı olması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında yeni məhsul və ya xidmət üzrə əməliyyatların mütəmadi risk qiymətləndirilməsinin aparılması üçün minimum müddət (ən azı bir il ərzində mütəmadi qiymətləndirilməsinin keçirilməsi) nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 26). DNP-nin 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir.. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında rəhbərlik və struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmdıqda onu əvəz edən şəxsin təyin edilməsinin 3 (üç) iş günü ərzində MMX-nın informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına məlumatın verilməsi qaydası təsdiq edilməmişdir. (Yoxlanın haqqında hesabat. S.ıh 26). DıMP-nin 4.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramında ƏL/TMM sahəsi üzrə işçilərə təlim planlarına uyğun olaraq və ya plandan kənar müntəzəm qaydada təlimlər keçilməsini, bu məqsəd üçün təlim proqramını və onun icrasını və məlumatlandırma məqsədi ilə bu barədə məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsini nəzərdə tutmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında təsdiq edilmiş təlim planını və onun icrası barəsində məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsi tələbi nəzərdə tutulmamış və MMX-ya heç bir məlumat təqdim edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 26). DNP-nin 3.1.4-cü yarımbəndinə görə komplayens sisteminin effektivliyi dedikdə, məsul şəxsin, həmçinin öhdəlik daşıyan şəxsin işçilərinin və struktur bölmələrinin qarşılıqlı fəaliyyəti nəticəsində daxili qayda, prosedur və nəzarət mexanizmlərinə uyğun olaraq şübhəli əməliyyatların (əqdlərin) vaxtında və təxirə salmadan aşkarlanması, dayandırılması və bu barədə dolğun məlumat və sənədlərin MMX-ya ötürülməsi nəzərdə tutulur. Komplayens sisteminin effektivliyi, həmçinin MMX-nın öhdəlik daşıyan şəxsin geriyə məlumatlandırılması zamanı təqdim edilmiş şübhəli əməliyyat hesabatına dair verdiyi keyfiyyət kateqoriyası vasitəsilə müəyyənləşdirilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də leqallaşdırmaya və terorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə effektiv sistem qurulmamışdır. Məsul şəxsin, əməkdaşların və struktur bölmələrinin qarşılıqlı fəaliyyəti nəticəsində daxili qayda, prosedur və nəzarət mexanizmlərinə uyğun olaraq şübhəli əməliyyatların (əqdlərin) vaxtında və təxirə salmadan aşkarlanması, dayandırılması və bu barədə dolğun məlumatların və sənədlərin MMX-ya ötürülməsi təmin edilməmişdir. (Yoxlama haqqında hesabat. S<ıh 26). DNP-nin 4.1.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar, eləcə də nizamnamələri və ya hüquqi statuslarını əks etdirən digər sənədləri, olduğu təqdirdə insan resurslarının idarə edilməsi strategiyası və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübə əsasında ƏL/TMM sahəsi ilə əlaqəli olan işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və votondaş qüsursuzluğu tələblərinin təmin edilməsi mexanizmlərini (bundan sonra işəgötürmə prosedurları) müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili nəzarət proqramı çərçivəsində daxili qayda və prosedurlarında OL/TMM sahəsi ilə əlaqəli işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi mexanizmləri müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Salı 27). DNP-nin 4.1.2-ci yarımbəndinə görə işəgötürmə prosedurları öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətləri, işçiyə olan tələbat və mövcud risklər nəzərə alınmaqla müəyyən edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də işəgötürmə prosedurlarında öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyəti, işçiyə olan tələbat və mövcud risklər nəzərə alınmamışdır. (Yoxlama haqqında hesabat. Səh 7). DNP-nin 1.4.3-cü yarımbəndinə görə işəgötürmə prosedurları öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətləri, işçiyə olan tələbat və mövcud risklər nəzərə alınmaqla müəyyən edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də ƏL/TMM sahəsi üzrə çalışan işçilərə yoxlama dövrü ərzində davamlı olaraq təlimlər keçirilməmişdir. (Yoxlama haqqımla hesabat. Səh 28). DNP-nin 4.2.1 -ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramında OL/TMM sahəsi üzrə işçilərə təlim planlarına uyğun olaraq və ya plandan kənar müntəzəm qaydada təlimlər keçilməsini, bu məqsəd üçün təlim proqramını və onun icrasını və məlumatlandırma məqsədi ilə bu barədə məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsini nəzərdə tutmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC daxili nəzarət proqramında ƏL/TMM sahəsi üzrə çalışan işçilərə təlim planlarına uyğun olaraq və ya plandankənar müntəzəm qaydada təlimlər keçirilməsi məqsədilə təlim proqramı tərtib və təsdiq edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 28) DNP-nin 5.1.5-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin rəhbərliyi Qanunun tələblərinin tətbiq olunmasının səmərəliliyini yoxlamaq məqsədlə auditinin müntəzəm keçirilməsi üçün məsuliyyət daşıyır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də yoxlama dövrü ərzində daxili nəzarət proqramının səmərəliliyinin qiymətləndirilməsi üzrə daxili audit yoxlamaları həyata keçirməmişdir. (Yoxlama haqqında hesabat. Səh 28). ƏL/TMM Qanununun 21.7-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar. DNP-nin 2.9.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər mümkün ƏL/TM, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi üçün ən azı ildə bir dəfə institusional risk qiymətləndirməsini (bundan sonra - İRQ) nəzərdə tutan prosedur müəyyən etməlidirlər. İRQ öhdəlik daşıyan şəxslərin üzləşdiyi zəiflikləri və təhdidləri ətraflı təsvir etməli və risk meyarlarının müəyyən edilməsi üçün əsas olmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən institusional risk qiymətləndirilməsi həyata keçirilməmişdir. (Yoxlama haqqında hesabat. S.ı)ı 28). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xatalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (4 sayda müştəri üzrə) və 598.1.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar MMC-nin direktoru X2 tərəfindən MMC-nin fəaliyyət göstərdiyi ünvan 1-da xx.xx.2024 - xx.xx.2025-ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının tərəfindən tərtib edilmiş "xxxx" MMC-də aparılmış planlı hərtərəfli yoxlamaya dair hesabatdan görünür ki, ƏL/TMM Qanununun 11.3.2-ci maddəsinin, “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair” təlimatının (bundan sonra HMST təlimatı) 1.1 -ci, 1.3-cü və 1.4-cü bəndlərinin tələblərinin pozulmasına səbəb ola biləcək risk faktorları aşkar edilmişdir. Təşkilat tərəfindən istifadəçilərin sanksiya siyahıları üzrə üzləşdirilməsi (skrıninq) prosesi aparılmır, avtomatlaşdırılmış skrininq sistemi mövcud deyil və bununla əlaqədar skrininqin nəticələri üzrə bildiriş sistemi tətbiq edilmir. ƏL/TMM Qanununun 7.1.1-7.1.4-cü maddələrinin və MUT-un 2.1.2-ci yarımbəndinin tələblərinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. Təşkilat tərəfindən istifadəçilərə MUT tam tətbiq edilməyindən, siyasi nüfuzlu şəxs, onun yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə tələb olunan eyniləşdirmə məlumatlarının istifadəçilərdən əldə edilməməsi, istifadəçinin və benefısiar mülkiyyətçinin kimliyini müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sisteminin tətbiq edilməməsi, istifadəçinin və ya benefısiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görülməməsi, siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş MUT tətbiq edilməməsi, eləcə də siyasi nüfuzlu şəxs, onun yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə işügzar münasibətlərdən öncə rəhbərliyin razılığının alınmaması riskləri mövcuddur. İnformasiya sistemlərinin təhlükəsizliyinin qiymətləndirilməsi. Yoxlama nəticəsində müəyyən edilmişdir ki. Təşkilat faktiki olaraq “Mpay" QSC ilə eyni informasiya texnologiyaları infrastrukturunu, fiziki mühiti və insan resurslarını istifadə edir. Bu hal Təşkilatın müstəqil hüquqi subyekt kimi ayrıca informasiya təhlükəsizliyinin idarəetməsi, texniki nəzarət mexanizmləri və əməliyyat prosedurlarına malik olmadığını göstərir. Təşkilat tərəfindən lisenziya müraciəti zamanı təqdim edilmiş sənədlərdə müvafiq sistemlərə malik olduğu barədə məlumatların olması Mərkəzi Banka yanlış məlumatın təqdim edilməsi kimi qiymətləndirilir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.6-cı maddəsinə əsasən müştərisi hüquqi şəxs və ya xarici hüquqi təsisat olan öhdəlik daşıyan şəxslər əlavə olaraq aşağıdakı müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər: 4.6.1. müştərilərin fəaliyyətinin xarakterinin, sahiblik, nəzarət və idarəetmə strukturunun müəyyən edilməsi; 4.6.2. adı, təşkilati-hüquqi forması, mövcudluğuna dair dəlillər, habelə təsis sənədləri, cari fəaliyyətinə rəhbərlik edən vəzifəli şəxslərin adları, hüquqi və faktiki ünvanına dair məlumat və sənədlər əsasında müştərilərin eyniləşdirilməsi və eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumatlar, sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya edilməsi; 4.6.3. hüquqi şəxsin və xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onun eyniləşdirilməsi və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlərin görülməsi. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində tədbirləri (10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi.) görməlidirlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Sadalananlardan göründüyü kimi, qanunvericiliklə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına səbəb olan halların dairəsi dəqiq müəyyən olunmuş və həmin tələblərin pozulmasına görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin X2 tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən hüquqi şəxs məsuliyyətə cəlb olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X2 tərəfindən İXM-nin 598.1.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də X2 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə X1 törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.2-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 25.4-cü maddəsi nəzərə alınmaqla cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 25.4-cü maddəsi nəzərə alınmaqla barəsində 10000 (on min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-354/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-354/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver