Məhkəmə qərarları › İş №3(5-97)-363/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-363/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-363/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXMnin 215.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 19 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 19 yanvar 2026-cı il tarixdə ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmayan şəxsin praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən növbədənkənar yoxlamanın keçirilməsi haqqında 16 yanvar 2026-cı il tarixli, T-014 nömrəli aktdan görünür ki, “ortopedik stamotologiya” fakültəsinin “diş texniki” ixtisası ilə 2 saylı Bakı Baza Tibb Kollecinin məzunu (Diplomunun seriya və nömrəsi AA71129) Sevda Kurbanova(Ağazadə) Alibekovna stomatologiya şöbəsinə “koordinator” vəzifəsinə təyin edilməsi, lakin cari olaraq praktik tibb fəaliyyəti ilə məşğul olması faktı müəyyən edildi. Müəssisədə X3 sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanmışdır. Müəssisədə aşkar edilmiş praktik tibb fəaliyyəti aidiyyəti üzrə həkimmütəxəssislərin rəsmi göstərişləri olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmrinə müvafiq olaraq təsdiq edilmiş formaları və qaydaları ilə tibbi qeydiyyat sənədləri tərtib edilmədən X5 tərəfindən həyata keçirildiyi müəyyən edildi. Özəl tibb fəaliyyəti subyekti də öz növbəsində aidiyyəti üzrə tibbi qeydiyyatlarının aparılmasını təmin etməmişdir. Müəssisənin rəsmi tabeli X3 şəxsi işləri, eləcə də praktik tibb fəaliyyətinə aid rəsmi izahatı yoxlamaya təqdim edilməmişdir. xx.xx.2026-cı il tarixli KY262481121 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışdan aydın olur ki, Şəxs MMC-də plandankənar yoxlama qeydiyyata alınmışdır. Sosial şəbəkələrdən əldə edilmiş və klinikada çəkilmiş foto şəkillərdən, eləcə də xəstə məlumatlarının əks olunduğu qeyd kitabçasından ayın olur ki, X5 praktiki tibbi fəaliyyətlə məşğul olur. Məhkəmənin hüquqi mövqeyi: “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 1.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 2.1-ci bəndinə əsaəsn tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir. 2.2-ci bəndinə əsaəsn X1 prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən X1 Şurası (bundan sonra - Sertifikasiya Şurası) yaradılır və Əsasnaməsi təsdiq edilir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş üzrə növbədənkənar yoxlama zamanı Şəxs MMC tərəfindən sertifikasiya şəhadətnaməsi olmadan X2 tərəfindən tibbi praktiki fəaliyyət göstərməsi aşkar edilmişdir. Belə ki, iş materiallarında olan yoxlama aktı, inzibati xəta haqqında protokol, müəssisə nümayəndəsinin izahatı və digər sübutlar məcmu halda qiymətləndirilərək müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı X3 müəssisədə praktik tibb fəaliyyəti göstərməsi aşkar edilmişdir və onun sertifikasiya şəhadətnaməsi olmadığı müəyyən edilmişdir. Həmin şəxsin müəssisə rəhbərliyinin razılığı və ya nəzarəti altında fəaliyyət göstərməsi də klinikada olan ayrıca otağın, istifadə edilən alətlərin, eləcə də xəstə qeydlərinin olması ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edi ki, sertifikasiya şəhadətnaməsi olmayan şəxsin praktik tibbi fəaliyyətə buraxılması əhalinin sağlamlığı üçün potensial risk yaratdığından bu əməl inzibati xəta tərkibi yaradır. Hüquqi şəxs olaraq MMC tibb fəaliyyətinin təşkili zamanı qanunvericiliyin tələblərinə riayət etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və sair nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs MMC İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar