Məhkəmə qərarları › İş №3(5-97)-387/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-387/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-387/2026 03.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Nərimanov rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Nərimanov rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, bildirir ki, ona Nərimanov rayon Polis İdarəsinin DYPŞnin xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1 -1 -ci maddəsinə əsasən 100 manat miqdarında cərimə və 2 bal yazılmışdır. Belə ki, o, sözügedən inzibati xəta ilə özünü təqsirli bilmir, ona qanunsuz olaraq cərimə tətbiq edilmişdir. Ona bu barədə heç bir video görüntü təqdim edilməmişdir. Həmin hadisə yerində heç bir qadağan edici nişan olmamış, lakin ona inzibati protokol tərtib edəndən sonra həmin qadağan edici nişanı ora yerləşdirmişdirlər. Buna görə də, inzibati qərarı əsassız hesab edir və ləğv olunmasını tələb edir. Qeyd edir ki, heç bir videogörüntülərdən yol nişanının tələbini pozduğu müəyyən edilmir. Buna görə də, hesab edir ki, barəsində qəbul edilmiş sözügedən qərar ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında qəraradan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Nərimanov rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bildirmişdir ki, özü həmin ərazidə yaşayır, evinə gedərkən bu hadisə baş vermişdir, belə ki, o svetoforun sağa dönmə nişanına əməl etmiş və yolda qırıq-qırıq xətt olduğu üçün həmin istiqamətdə hərəkət etmişdir, yəni heç bir qayda pozuntusu etməmişdir. Sözügedən avtobus zolağına həmin xəttlərdən daxil olmuş, məqsədi avtobus zolağında hərəkət etmək yox, sadəcə evinə tərəf dönmək olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2026-cı il tarixdə, saat 18:03 dəqiqədə “Vaz 21099” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda hərəkət etmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş videogörüntülərdə, sözügedən hərəkət zolağında sağ istiqamətə svetaforun həmişə yaşıl işığının olması müəyyən edilmiş, həmin zolaqdan nəqliyyat vasitələrinin sağa dönmələri müşahidə edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 5.9 yol nişanı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqdır. 48-ci maddəsinin İV bəndinə əsasən, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. 81-ci maddəsinə görə bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, şikayətçi tərəfindən təqdim edilmiş videogörüntülərdən və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, sözügedən zolaq ümumi istifadədə olan nəqliyat vasitələri üçün ayrılsa da, həmin istiqamətdə sağa dönmək üçün hər hansı qadağanedici nişan olmamış, orta zolaqdan isə sadəcə düzünə istiqamətdə hərəkətə icazə verilmişdir. Məhkəmə bildirir ki, qərar tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak edərək, sözügedən hadisə ilə bağlı müvafiq videogörüntüləri təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati orqan heç bir araşdırma aparmadan, müvafiq sübutlara, videogörüntülərə baxış keçirilmədən X2 barəsində xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Eyni zamanda, şikayətçi şikayətində sozügedən zolağda digər nəqliyyat vasitələrinin hərəkətini qadağan edən nişan olmadığını bildirmiş, ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş nişanın sonradan yerləşdirildiyini əlavə etmişdir. Həqiqətən də təqdim edilmiş videogörüntülərdə həmin zolaqda digər nəqliyyat vasitələrinin də hərəkət etməsi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 327.1-1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı tarixli qərarı ləğv edilməli və X2 barəsində işə yenidən baxılması həmin quruma geri qaytarılmalıdır.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. DİN Baş Dövlət Yol X3 İnformasiya Sisteminin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması üçün həmin orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar