Məhkəmə qərarları › İş №3(5-97)-425/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-425/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-425/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X3, X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27836322 və xx.xx.2025-ci il tarixli EQ 31573395 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27836322 və xx.xx.2025-ci il tarixli EQ 31573395 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə olunan sənədlər nəzərdən keçirilərək hesab edilir ki, X4 tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə və səlahiyyətli orqanın bir neçə inzibati tənbeh vermə haqqında qərarından eyni ərizə ilə məhkəməyə şikayət verildiyindən hazırkı şikayət və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materialları ilə müəyyən edilir ki, X4 tərəfindən şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərarlardan biri xx.xx.2025-ci il, digəri isə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, lakin həmin qərarların onun tərəfindən rəsmi qaydada alınmasına dair heç bir sənəd, yaxud şikayət vermə müddətinin bərpa edilməsi haqqında vəsatət əlavə edilmədən şikayət ərizəsinin qanunla nəzərdə tutulan 20 günlük müddət ötürülməklə - xx.xx.2026-cı il tarixdə verilməsi şikayətin geri qaytarılması üçün əsasdır. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericiliklə inzibati xəta haqqında iş üzrə bir neçə qərardan eyni şikayətlə məhkəməyə müraciət edilməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş şəxs X2 müvafiq qərarlardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə və ayrı-ayrılıqda məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etməyi zəruri hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 106, 109, 126 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27836322 və xx.xx.2025-ci il tarixli EQ 31573395 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılması ilə əlaqədar şikayət etmə müddətinin bərpası haqqında vəsatətlə birlikdə hər bir inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət etmək hüququnun olması izah edilsin. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar