Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-49/2026 19.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 32961723 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 32961723 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X3 məhkəmə iclasında ərizə təqdim edərək, şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X1 şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 32961723 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(5-97)-49/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-49/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver