Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-496/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33347335 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33347335 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət və ona əlavə olunan sənədlər nəzərdən keçirilərək hesab edilir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33347335 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33347335 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı X2 barəsində deyil, X4 barəsində qəbul edilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərar X2 barəsində çıxarılmadığı üçün onun hazırkı şikayəti və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 106, 109, 126 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33347335 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim Tural Musayev İş № 3(5-97)-496/2026 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Məhkəmədən kənar protokol 04 fevral 2025-ci il Bakı şəhəri Hakim Musayev Tural Səmid oğlu, X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33347335 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq prosessual hərəkət etdim. Prosessual hərəkət saat 10:45-də başlandı. X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 10:55-də başa çatdı. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-496/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-496/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver