Məhkəmə qərarları › İş №3(5-97)-507/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-507/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-507/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, şikayətçi tərəfindən ərizədə qeyd olunan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı şikayət ərizəsinə əlavə edilməmiş, sadəcə qeyri-rəsmi internet informasiya portalından edilmiş çıxarışı çap etməklə kifayətlənmişdir. Belə ki, məhkəmə tərəfindən barəsində mübahisə edilən qərarın tədqiq edilməsi zəruridir. Lakin, şikayətçi tərəfindən nə qərar şikayətə əlavə edilməmiş, nə də ki qərarın əldə edilməsinin mümkünsüzlüyü ilə bağlı vəsatət təqdim edilməmişdir. Həmçinin ərizədə qərarın nömrəsi və qurumun adı qeyd edilsə də, həmin qərarın nə vaxt, hansı qurum tərəfindən qəbul edildiyi görünmür, sadəcə ehtimal edilir. Belə olan halda, həmin qərardan şikayət vermə müddətinə də qiymət verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130-cu maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən AYN seriyalı ******* saylı qərarın nə vaxt qəbul olunması, həmin qərardan şikayət vermə müddətini şikayətçi X3 tərəfindən buraxılıb-buraxılmaması görünmür. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayətə ləğv olunması istənilən qərar əlavə edilmədiyindən və prosessual müddətin ötürülüb-ötürülməməsi məsələlərini müəyyən etmək mümükün olmadığından X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. X2 izah edilsin ki, barəsində mübahisə edilən qərar əlavə edilməklə və zəruri halda müddətin bərpasına dair və sübutların tələb edilməsinə dair vəsatət əlavə edilməklə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qətidir, şikayət verilə bilməz. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar