Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-546/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X4 Etibar qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin EQ 33388465 saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolu ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-3.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 100 manat miqdarında inzibati cərimə və 3 bal tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb xx.xx.2025-ci il tarixdə Bakı şəh, Nərimanov r-nu, Xan.Şuşinski küçəsi ilə M.Oliz.adə küçələrinin kəsişməsində tərəfindən “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması olmuşdur. Tərəfindən dərhal DİN BDYPİ-nin qaynar xətti ilə əlaqə saxlanılaraq tətbiq edilmiş inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın qanunvericiliyin tələblərini pozmaqla tətbiq edildiyi bildirilmişdir. Belə ki, elektron protokolda inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin mənə məxsus olması qərara əlavə edilmiş foto şəkillərdə öz əksini tapmamışdır. Eyni zamanda inzibati xətanın həqiqətən də mənə məxsus nəqliyyat vasitəsi ilə törədilməsi video görüntülərlə təsdiq edilməli olduğu halda belə video görüntü əlavə edilməmiş, nəqliyyat vasitəsinin foto şəkilləri uzaqdan çəkilməklə ilk şəkildə dövlət qeydiyyat nişanı görünməmiş, növbəti foto şəkildə isə yalnız nəqliyyat vasitəsinin arxa hissədən nömrə nişanı əks olunmuşdur. Bununla da inzibati xəta haqqında qərar qəbul edilərkən kobud pozuntulara yol verilmiş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin № Q25-001-17 saylı, 12 may 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Yol patrul xidməti haqqında Təlimat”-ın 8.1-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Həmin maddəyə əsasən: X6nin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının DİN BDYPİ-nin EQ 33388465 saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş electron qərar ləğv edilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirmişdir ki, onun kabinetinə yerləşdirilmiş fotoşəkillərdə ümumiyyətlə onun avtomobilinin qeydiyyat nömrəsi düşməmişdir. Həmçinin o, həmin gün orada olmasını xatırlamır. Odur ki, vermiş olduğu şikayəti təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, səlahiyyətli orqanın inspektoru inzibati xətanı vizual olaraq aşkar etmişdir. Yəni ki, bu xəta xüsusi texniki vasitə tərəfindən aşkar edildiyindən hər hansı bir müdaxilə edilməsi mümkünsüzdür. Belə ki, fotoşəkillərdən də görünür ki, avtomobilin giriş qadağandır işarəsi olan istiqamətdə hərəkət etməsi müəyyən edilir. Eyni zamanda videogörüntü iş materiallarına əlavə edilməsə də dönmə əməliyyatını “BMW 320D GT” minik markalı, **- UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi giriş qadağandır nişanından sonra edir və aparat vasitəsi ilə onun fotoşəkili çəkilmişdir. Odur ki, məhkəməyə videogörüntüləri təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2026-cı il il tarixdə saat 14:51-də Bakı şəhəri, Xan Şuşinski küçəsində “BMW 320D GT” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının riayət edilməməsi 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinə riayət etməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərə baxış zamanı müəyyən edilir, sürücü X3 “BMW 320D GT” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman “giriş qadağandır” yol nişanının tələblərinə riayət etməmişdir. Xüsusi texniki vasitə ilə bu xəta aşkar edilmiş və avtomobilin dövlət qeydiyyat nişanı qeydə alınmışdır. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(5-97)-546/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-546/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver