Məhkəmə qərarları › İş №3(5-97)-562/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-562/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-562/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2024-012 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, borclu Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2024- 012 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməkdən imtina etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini yerinə yetirməmiş, bu günədək 21256,92 manat borcundan heç bir ödəniş etməmişdir. Sadəcə aylıq pensiyasından 300 manatdan artıq ödəniş edilmiş, zərərçəkən isə bütün pulunu tələb etməkdədir. Habelə, hazırda borclunun adına iki avtomobil olsa da, həmin avtomobilləri üzrsüz səbəbdən təqdim etməkdən imtina edir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edir ki, vətəndaş icra məmurunun çağırışlarından yayındığı üçün barəsində axtarış da tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs qeyd etdi ki, barəsində icraat aparılan şəxs onun doğma əmisidir. Mübahisə edilən “Hyundai H1” markalı maşını vaxtilə etibarnamə ilə ondan alsa da, sonradan maşını axtarışa verdirib, etibarnaməni ləğv etmişdir. Bu səbəbdən polisə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. O da məhkəməyə müraciət etmiş və onun xeyrinə qərar verilmişdir. Lakin, uzun müddətdir ki, borclu borcunu ödəməkdən yayınır. Habelə, “Hyundai h1” markalı maşının üzərinə məhkəmə qərarı ilə həbs qoyulsa da, hazırda həmin maşını verməkdən imtina edir. Barəsində tədbir görülməsini və borcun ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, ki, məhkəmənin 2(005)-3675/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə üzrə onun qeydiyyat ünvanı Baki şəhəri, ünvan 1nması üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Şirinov tərəfindən borcun tutulması onun pensiyasına yönəldilmişdir. Hazırda pensiyasından hər ay 50 faizi miqdarında pul tutularaq icra sənədi üzrə borca ödənilir. Bundan .başqa icra məmuruna bildirmişdir ki, ona hər hansı hesab nömrəsi versin özü də nağd qaydada ödənişlər edib qəbzləri icra məmuruna təqdim etsin. Lakin icra məmuru tərəfindən ona hər hansı hesab təqdim edilməmişdir. Sonradan Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Dəmirçiyev tərəfindən xx.xx.2026-cı il tarixli məktub tərtib edilərək onun ünvanına göndərilmişdir. Həmin məktubun məzmunundan belə anlaşılır ki. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2025 saylı, xx.xx.2024-cü i! tarixli icra sənəd! üzrə hər hansı ödəniş olunmur və onun tərəfindən ödəniş olunmayacağı halda ölkədən getmək hüqüqunun məhdudlaşdırılması və inzibati qaydada cərimə olunacağı və barəsində cinayət işinin açılmas; üçün Ədliyyə Nazirliyinin istintaq idarəsinə göndəriləcəkdir. Bu səbəbdən də təkrarən bildirir ki Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3675/2024-012 saylı, xx.xx.2024-cü il tarixli icra ənədi üzrə onun pensiyasından hər ay 50 faiz miqdarda pul tutularaq tələbkara ödənilməkdədirr. Bundan başqa da bilriri ki icra məmuru tərəfindən ona hər hansı hesab nömrəsi veriləcəyi halda özü də nağd qaydada ödənişlər edəcəkdir. Lakin, bütün məbləği ödəməyə imkanı yoxdur. Qeyd etmişdir ki, 19 yanvardakı məktubdan təxminən 15 gün əvvəl icra məmuru onu şöbəyə çağırmış və icra sənədinin icra edilməsi ilə bağlı məlumat vermişdir. Hazırda axtarışda olan 2 avtomobildən birini uzun illər əvvəl satmışdır. “Hyundai H1” markalı nəqliyyat vasitəsini bir neçə il əvvəl sürmək üçün qardaşı oğluna vermişdir. Lakin, sonra nəqliyyat vasitəsi qaytarılmadığı üçün axtarışa verilmiş və nəqliyyat vasitəsi ona qaytarılmışdır. Sonra Emin məhkəməyə müraciət edərək, guya ki, ona pul verdiyini bildirmişdir və məhkəmə də onun xeyrinə qərar vermişdir. Lakin, ona heç bir borcu yoxdur. Həmin maşın hazırda Nərimanov rayonu ərazisində “Dostluq LTD” təmir sexində təmirdədir. Həmin maşının təmirə ehtiyacı var. Hazırki vəziyyətdə satılsa, xeyli zərər edəcəkdir. Bu səbəbdən nəqliyyat vasitəsini vermək istəmir. Həmin nəqliyyat vasitəsini təmir etdirdikdən sonra baha qiymətə sata bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2024-012 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 21500 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 93,50 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2024-012 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-849/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Borclu Şəxs məxsus “VAZ 2106” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı və “Hundai H1” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Borclunun axtarışı haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Hüquqi məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv tədqiq edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində təsbit olunmuş daxili inam əsasında qiymətləndirərək, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması qənaətinə gəlir. İnzibati məsuliyyətin əsasını təşkil edən İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 528.1-ci maddəsinin dispozisiyası icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə məhkəmə hakimiyyətinin nüfuzunun təmin edilməsi və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburi icrası ilə bağlı yaranan ictimai münasibətlərdir. İş materiallarından, o cümlədən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2024-012 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən və Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından müəyyən edilir ki, Şəxs üzərinə 21500 manat pul və 93,5 manat ödənilmiş rüsum əvəzinin ondan tutularaq Zərərçəkmiş şəxs oğuna verilməsi öhdəliyi qoyulmuşdur. İcra məmurunun xx.xx.2026-cı il tarixli protokolu və məhkəmə iclasındakı izahatı ilə təsdiq olunur ki, borclu tərəfindən borcun yalnız cüzi bir hissəsi ödənilmiş (336.58 manat), 21256,92 manat məbləğində borc qalmışdır. Bu hərəkətsizlik, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gələn öhdəliyin icra edilməməsi, İXM-nin 528.1-ci maddəsinin obyektiv cəhətini tam əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə vurğulamışdır ki, İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsi olan "məhkəməyə müraciət etmək hüququ", məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icrasını da əhatə edir (Hornsby Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qərarının tam şəkildə icra edilməməsi Konvensiyanın 6-cı maddəsinin mahiyyətini anlamsız edərdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, barəsində icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi, onun borcu tam şəkildə və ya xeyli hissəsini ödəmək üçün mülkiyyətində nəqliyyat vasitəsi vardır və həmin nəqliyyat vasitəsini təqdim etməkdən imtina edir. Barəsində icraat aparılan şəxs həmin xüsusatı üzrlü səbəb kimi nəqliyyat vasitəsinin kosmetik təmirə ehtiyacı ilə əlaqələndirsə də, məhkəmə həmin xüsusata tənqidi yanaşır və üzrsüz səbəb kimi qiymətləndirir. Belə ki, məhkəmə qərarı ilə həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur və məcburi icraya yönəlməlidir. Lakin, Şəxs bundan üzrsüz səbəbdən yayınır. Beləliklə, məhkəmə Şəxs əməllərində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementlərinin – obyekt, obyektiv cəhət, subyekt və qəsd formasında təqsirdən ibarət subyektiv cəhətin mövcudluğunu tam sübuta yetirilmiş hesab edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar (İXM 53-cü maddə) müəyyən edilməmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 9.1-ci və 21-ci maddələrinin tələblərinə uyğun olaraq, inzibati tənbeh ədalətli olmalı, şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və yeni xətaların törədilməsinin qarşısını almaq məqsədi daşımalıdır. Məhkəmə, tənbeh növü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, onun yaşını məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir və əməllərində məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə, bir tərəfdən, xətanın ictimai təhlükəliliyini, onun məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməsini nəzərə alaraq, inzibati həbs tətbiqinin hazırkı mərhələdə son çarə kimi nəzərdən keçirilməli olduğunu və cərimə tənbehinin tətbiqinin daha mütənasib olacağı qənaətindədir. Tətbiq edilən cərimə həm cəzalandırıcı, həm də gələcəkdə bu cür hüquqazidd davranışdan çəkindirici xarakter daşımalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar