Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-574/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Təqdim olunan protokoldan və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru Tuqay Mehdiyevin 20 noyabr 2025-ci il tarixli qərarından görünür ki, sürücü Şəxs idarə etdiyi “Hyundai Elantra” markalı **-QA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Elşad Quliyev küçəsi ilə üzbəüz X5 küçəsi istiqamətində hərəkətdə olduğu zaman Elşad Quliyev küçəsi ilə X5 küçələrinin kəsişməsində Soldan gələn “Yamaha V Max” markalı 10-B-067 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuş, nəticədə X1 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli hesab edərək bildirir ki, hər iki tərəfdə yanlışlıq olmuşdur. Cərimənin ona gəldiyini, lakin qərarsız olduğu üçün ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qarşı tərəf şikayətçi deyil, eyni zamanda özünün də qarşı tərəflə bağlı şikayəti yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin, və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 343-M nömrəli rəyindən görünür ki, tibbi müayinəsi zamanı X1 adına tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət – sağ diz oynağının əzilməsi və açıq yarası-küt əşyanın təsirindən və xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 noyabr 2025-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-nin 327.2-ci və 327.8-ci maddəsi və X1 barəsində İXM-nin 332.2-cii maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində təsbit edilmiş daxili inam və sübutların məcmusu əsasında qiymətləndirərək Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında, xüsusilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 9 mart 2022-ci il tarixli Qərarında qeyd edildiyi kimi, yolnəqliyyat hadisələri ilə bağlı hüquqpozmalar iki obyektli xarakter daşıyır: birincisi, yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyi kimi ictimai münasibətlər, ikincisi isə insanın həyat və sağlamlığıdır. Hazırkı işdə Şəxs əməli hər iki qorunan obyektə qəsd etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, iş üzrə toplanmış və məhkəmə iclasında hərtərəfli yoxlanılmış sübutların məcmusu ilə – inzibati xəta haqqında xx.xx.2025ci il tarixli İXP ******* nömrəli protokol, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 noyabr 2025-ci il tarixli qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və X2 343-M saylı xx.xx.2025 tarixli rəyi, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, və işə əlavə edilmiş digər sənədlərlə tam və birmənalı şəkildə sübuta yetirilmişdir. İnzibati tənbehin təyini məsələsini həll edərkən, məhkəmə İXM-nin 9-cu maddəsində təsbit olunmuş ədalətlilik və 31-ci maddəsində müəyyən edilmiş inzibati tənbeh tətbiqetmənin ümumi qaydalarını rəhbər tutur. Həmin maddələrin tələbinə əsasən, tətbiq edilən tənbeh törədilmiş xətanın xarakterinə, təqsirkarın şəxsiyyətinə və təqsirinin dərəcəsinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair" 02 sentyabr 2020-ci il tarixli Qərarında da vurğulandığı kimi, ədalətlilik prinsipi inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halları müəyyən etmir. Yuxarıda şərh olunan faktiki və hüquqi əsasların məcmusunu nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ədalətli, mütənasib və qanunauyğun olmaqla, İXM-nin 21-ci maddəsində göstərilən tənbehin məqsədlərinə - həm onun özünün, həm də digər şəxslərin gələcəkdə bu cür hüquqpozmalara yol verməsinin qarşısının alınmasına və qanunlara hörmət ruhunda tərbiyələndirilməsinə nail olmağa xidmət edəcəkdir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-574/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-574/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver