Məhkəmə qərarları › İş №3(5-97)-584/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-584/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-584/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31573395 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31573395 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 şikayət ərizəsində göstərmişdir ki, Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31573395 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında AD094585 nömrəli sürücülük vəsiqəsinə 3 inzibati cərimə balı yazılmışdır. Balın yazılmasına səbəb olan qərar tərəfindən törədilməmişdir. İnzibati xəta X3 məxsus “BMW X7” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı baş vermişdir. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olmasına baxmayaraq, o avtomobili heç bir zaman idarə etməmişdir. Nəqliyyat vasitəsinin idarə olunması üçün səlahiyyət verən sonuncu etibarnamə onun adına verildiyindən, qeyd olunan inzibati xətalara dair cərimələr avtomatik olaraq tərəfindən törədilmiş kimi qeydə alınmışdır. Belə ki, təhlükəsiz şəhər kameraları nəqliyyat vasitəsini kimin idarə etdiyini deyil, yalnız inzibati xətanın törədildiyini qeydə aldığından belə bir hal baş vermişdir. Nəticədə, xx.xx.2025-ci il tarixində göstərilən nəqliyyat vasitəsini məhz X5 özü idarə etmiş, inzibati xəta əməlinə də o özü yol vermişdir. Bu hadisəni X5 Baş X9 İdarəsinə yazdığı izahatlarla da təsdiq etmişdir. Son olaraq, xx.xx.2025-ci il tarixli EQ31573395 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini və ona məxsus olan AD094585 nömrəli sürücülük vəsqiəsinə yüklənmiş 3 inzibati cərimə balının silinməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək qeyd etdi ki, barəsində tətbiq edilmiş xx.xx.2025-ci il tarixli EQ31573395 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Bakı ŞBPİ-nin X9 İdarəsinin nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixli ərizə ilə inzibati xətanın görüntülərini özündə əks etdirən 01 ədəd “CD” formatlı diski məhkəməyə təqdim edərək, iştirakı olmadan işə baxılmasını xahiş etmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31573395 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “CD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə “BMW X7” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbini pozaraq, işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək, inzibati xəta törətmişdir, lakin videogörüntüdən nəqliyyat vasitəsini idarə edən şəxsi müəyyən etmək mümkün olmamışdır. X1 məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, ona məxsus olan “BMW X7” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə hərəkətdə olarkən inzibati xəta hadisəsi törətmişdir. Həmin inzibati xətaya dair cərimə tərəfindən ödənilmişdir. Lakin bu yaxınlarda məlum olmuşdur ki, həmin inzibati cərimə balı X2 AD094585 nömrəli sürücülük vəsiqəsinə aid edilmişdir. X4 tərəfindən etibarnamə verilsə də, E.Kəngərli heç bir zaman sözügedən “BMW X7” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmiş, xx.xx.2025-ci il tarixli, EQ 31573395 nömrəli inzibati qərarda əks olunan inzibati xətaya yol verməmişdir. Həmin qərarın və inizibati cərimə balının onun barəsində tətbiq edilməsini xahiş etmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistEmildə, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsi dinləyib, onun şikayət ərizəsi, təqdim edilən “CD” diskə və ona əlavə etdiyi materialları tədqiq edərək müəyyən etmişdir ki, X6 xx.xx.2025-ci il tarixdə “BMW X7” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə barəsində DİN Baş X9 İdarəsi tərəfindən eyni tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə “BMW X7” minik markalı, **- TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi müəyyən edilsə də, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla bu xətanın məhz X6 tərəfindən törədilməsini müəyyən etmək mümkün olmamış, habelə inzibati tənbeh vermə haqqında elektron qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, hər hansı sübut təqdim etmədiyindən və arqumentlər yoxlanılmalı olduğundan inzibati tənbeh vermə haqqında qərarın ləvğinə və yenidən inzibati araşdırma aparılmasına zərurət yaranmışdır. Məhkəmə hesab edir ki, X6 barəsində tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X6 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31573395 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31573395 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar