Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-598/2026 19.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X4 oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə barəsində polis əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol ilə razı deyil və bununla bağlı yol polisinə yaxınlaşmış, orada onu yenə 30-cu otağa göndərmişlər, bu zaman X2 yazılmış cərimə yenidən qüvvə saxlanıldığı bildirilmişdir. X3 onun iştirakı olmadan araşdırılmanın aparılmasına etiraz etmişdir. Polis əməkdaşı ona çağırdıqlarını, lakin onun gəlmədiyini bildirmişdir. X3 bununla bağlı sübut təqdim olunmasını istəsə də, sübuta ehtiyacın olmadığı bildirilmişdir. Bu səbəbdən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməsini xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirmişdir ki, onun idarə etdiyi “SAMAND SOREN” avtomobilini istehsal edən zavodun xarici işıq cihazlarını avtomobilə dəyişdirilməsinə icazə verdiyini bildirmişdir. Odur ki, vermiş olduğu şikayəti təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, səlahiyyətli orqanın inspektoru inzibati xətanı vizual olaraq aşkar etmişdir. Belə ki, videogörüntülərə baxış keçirilən zaman görünür ki, sürücü X3 nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığı dəyişdirmişdir. Odur ki, verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 150 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2025-ci il tarixdə saat 00:16-da Bakı şəhəri, Elşən Süleymanov, 55 ünvanında “SAMAND SOREN” minik markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 2 saylı Əlavəsində qeyd olunur ki, Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısına xarici işıq cihazları da aid edilmişdir. Xarici işıq cihazları 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. 7) Kiçik elektrik nəqliyyat vasitəsinin xarici işıq cihazları olmadıqda Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilir, sürücü X3 nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozaraq, yəni normativ tələblər pozulmaqla, avadanlığı dəyişdirmişdir. O, “SAMAND SOREN” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini zavod istehsalı olmayan fərqli xarici işıqlar quraşdıraraq idarə etmişdir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X6 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(5-97)-598/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-598/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver