Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-622/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X11, X1, "xxxx" MMC-nin nümayəndəsi X7 iştirakları ilə "xxxx" MMC-nin direktoru Şəxs Duman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru məmuru X15 tərəfindən Şəxs Duman oğlu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4248/2021 xx.xx.2021-ci il tarixli icra sənədinin iclasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X15 protokola uyğun izahat verərək, icra sənədindəki tələbin üzrsüz səbəbdən müəyyən olunmuş müddətə yerinə yetirilmədiyini bildirərək iş üzrə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X2 hüquqi varisi X8 izahatında göstərmişdir ki, məhkəmə qərarı şirkət tərəfindən icra edilmir. Belə ki, obyekt sökülmüş yerinə bina tikilmişdir və həmin obyektin yerləşdiriyi yerdə qeyri-yaşayış sahəsi verilməlidir. Lakin, onlara vermək istədikləri yer avtomobillərin dayanacaq yeri olan qarajdı. Qeyri-yaşayış sahəsi cəmi bu neçə pilləkan aşağı düşülsə də, həmin sahənin dörddə üç hissəsi yer səthindən hündürdə olar qeyri-yaşayış sahəsi idi, sahənin pəncərələri və təbii işıqlanması vardı ki, oradan obyekt kimi istifadə olunurdu və mərhum bacısı orada sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. İndi onlara şirkətin təklif etdiyi qarajdan isə belə istifadə etmək qeyri- mümkündur, barələrində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X12 bildirmişdir ki, qətnamənin icra olunması üçün qanunla müəyyən edilmiş bütün tədbirləri o cümlədən icra məmurunun bütün göstərişlərinə əməl etməyə hazırdır. "xxxx" MMC-nın işgüzar nüfuzuna xələl gətirməmək və vətəndaş məmunluğu " yaratmaq ucun "xxxx"MMC nın qanuni təsiscılərindən birinin payına düşmüş, 1) Bakı şəhəri Nərimanov rayonu Ə Əlizadə küçəsində inşa edilmiş hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının "1" blokunun 1-cı mərtəbəsində yerləşən, 125kv.m. ibarət olan qeyri yaşayış sahəsinə 2) Qaya Qala MTK" tərəfindən Bakı şəhəri Nərimanov rayonu Ə.Vahid 12 Ünvanında inşa edilmiş hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 105 kv.m. ibarət olan qeyri yaşayış sahəsinə 3) Qaya Qala MTK tərəfindən Bakı şəhəri Nərimanov rayonu Ə.Vahid 12 Ünvanında inşa edilmiş hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının yarım zirzəmisində yerləşən, 135 kv.m. ibarət olan qeyri yaşayış sahəsinə mülkiyyəti keçirtməsi barədə X4 təklif irəli sürmüşdür. Lakin o, təkliflərin heç biri ilə razılaşmır. Buna görə də barələrində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4248/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Cavabdeh X5 hər ay 700 manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yarımzirzəmi formasında 132 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edilməsi şərti ilə ora məxsus ünvan 1 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində 39,7 kv.m və 48,4 kv.m sahədən ibarət qeyriyaşayış sahəsi üzərində (ün uırılıkcə 88.1 Kvmı mülkiyyət hüququ saxlanılmaqla, həmir qeyri-yaşayış sahəsi boş -ildılsın və X9 tərəfindən "RNQ Group” MMC-yə təhvil verilməsi, "xxxx" MMC tərəfindən Rakı şəhəri. ünvan 2 ünvanında yerləşən beşmərtəbli binanın zirzəmisində X6 məxsus 39,7 kv.m və 48,4 kv.m olmaqla ümumilikdə-88.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi sökülərək onun yerində tikiləcək yem binanın yarımzirzəmi formasında 132 Kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi X6 təhvil verilməsi, '”RNQ Grup" MMC tərəfindən həmin 132 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi Məmişova Xal mə Qəhrəman qızına təhvil verilənədək hər bir qeyri-yaşayış sahəsi üçün 350 manat olmaqla, cəmi 700 manat məbləğində kirayə haqqı X6 ödənilməsi qət edilmişdir. “Tələbin könüllü icrası” xx.xx.2022-ci il tarixli e311189/2021-15-18-003 saylı bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4248/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin X10 tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs Duman oğlu Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4248/2021 xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş cavabdeh X2 hüquqi varisi X4 verilməli olan qeyri-yaşayış sahəsini təqdim etməmişdir. Hazırda müxtəlif növ təkliflər təklif edilsədə tələbkarla qarşılıqlı razılıq əldə edilməmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Duman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-622/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-622/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver