Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-631/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X12 İdarəsinin nümayəndəsi X2, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 27 yanvar 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli 27 yanvar 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, İXP №730259 nömrəli protokola və TP №7794625 nömrəli qərara əsasən, vətəndaş İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə və 3 cərimə balı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əsasən, xx.xx.2026-cı il tarixində Bakı şəhəri Aleksey Çernyayevski küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsində ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis kapitanı X1 tərəfindən saxlanılmışdır. Polis əməkdaşı tərəfindən ona yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. O, izahat verməyə imkan tapmamış, polis əməkdaşı məsələnin sonradan həll ediləcəyini bildirərək 327.2-ci maddə ilə inzibati protokol tərtib etmiş və hadisə yerini tərk etmişdir. Qərarda hüquq pozuntusunun Arif Heydərov küçəsində törədildiyi göstərilmişdir. Lakin vətəndaşın bildirdiyinə görə, həmin tarixdə o, Arif Heydərov küçəsində olmamışdır. Qeyd olunan küçədə hərəkət birtərəfli təşkil olunduğundan və təqdim edilən videoqeydiyyat materiallarına əsasən onun Aleksey Çernyayevski küçəsi istiqamətində hərəkətdə olduğu göründüyündən, qərarda göstərilən ünvanın faktiki vəziyyətlə uyğun gəlmədiyi iddia olunur. Yuxarıda göstərilənlər nəzərə alınaraq, iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılması, təqdim edilmiş video sübutların qiymətləndirilməsi və nəticədə qəbul edilmiş qərarın qanuniliyinə yenidən baxılması xahiş olunur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 şikayət ərizəsini müdafiə edərək qərarın qanunsuz olaraq tərtib olunduğunu, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X12 İdarəsinin nümayəndəsi X6 qərarın qanuni və əsaslı olduğunu bildirərək, ünvanı yol polisi əməkdaşı özü müəyyən etmir, planşet vasitəsilə protokol yazıldığı üçün gps vasitəsilə ünvanlar avtomatik ərazi üzrə göstərilir. Ola bilər ki, kəsişmə küşələr olsun ki, lakin küçə düzgün müəyyən edilmişdir. Bundan başqa inzibati xətanın törədilmə vaxtınada dair görüntünü məhkəməyə təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli 27 yanvar 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən X7 “X8” mikroavtobus markalı, **-HT-*** nömrəli avtonəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X7 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X12 İdarəsinin nümayəndəsi X6 tərəfindən məhkəməyə təqdim edilmiş DVD disk görüntüsündən aydın olur ki, X4 idarə etdiyi “X8” minik markalı **-HT-*** nömrəli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən avtomobili gözləmədən keçərək yol ayrıcını keçmə qaydalarının pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Şikayətdə göstərilən arqumentlər iş materialları ilə öz təsdiqini tapmamış, qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas müəyyən olunmamışdır. X4 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Tətbiq edilmiş 100 manat məbləğində cərimə qanunvericilikdə nəzərdə tutulmuş sanksiya həddinə uyğundur və təqsirin xarakterinə mütənasibdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X4 şikayəti təmin edilməməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli 27 yanvar 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-631/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-631/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver