Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-632/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərardan şikayətlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(5-93)-585/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadına əsasən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət ərizəsində qeyd edilmişdir ki, bildirir ki, Nərimanov rayon DYP idarəsi qanunsuz olaraq nəqliyyat hadisəsini gizlətmişdir, onun çoxsaylı zənglərinə cavab verilsədə hadisə yerinə baxış keçirməmişdir. Nərimanov rayon DYP-nin əməkdaşı Azər adlı kapitan rütbəli əməkdaşı ona zəng edərək nəqliyyat hadisəsinin şəkillərini istəmişdir. “Fort Tranzit” yük maşını, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə ailəni dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Bakı şəhər, Gənclik Mall yaxınlığında idarə etdiyi avtomobili soldan manevr qaydasını pozaraq BYD X7 markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi “Fort Tranzit” yük maşını, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobili sol tərəfdən manevr qaydalarını pozaraq onun idarə etdiyi avtomobilin qabaq bufer, qabaq qanad, qabaq yan işiqları sıradan çıxmışdır. Nərimanov Rayon DYP-nin əməkdaşı Azər adlı polis kapitanı onu öz kabinetina çıağırmışdır, onunla sorğu sual etdikdən sonra hadisənin təqsirini onun üzərinə atmışdır, bildirmişdir ki, hadisə onun təqsiri ucbatından baş vermişdir, buna görə də Azər müəllimin ona qarşı ədalətsizlik etdiyinə görə məhkəmə qaydasında düzgün araşdılmasını istəyir. Nərimanov rayon X8 idarəsinin zabiti Azər müllimin hərəkətlərində qanunsuzluğa yol vermişdir, hadisə zamanı yaxınlıqda olan təhlükəsizlik kameralarında açıq aydın görünürki, idarə etdiyi “Fort Tranzit” yük maşını, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hazırda isə haqlı çıxarılmışdır. O, Nərimanov rayon X8 idarəsinin onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinin tətbiq edilməsini qanunsuz sayır və hesab edir ki, bilərəkdən onun idarə etdiyi avtomobilin sol tərəfinə gözləmədən və bilərəkdən keçərkən onun avtomobilinə zərə vurmuşdur. Məhkəmənin sualına cavab olaraq, sol tərəfə doğru nəqliyyat vasitəsini çəkməsini, sağında hərəkət edən nəqliyyat vasitəsi ilə toqquşmaqdan yayınması ilə izah etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında X3 “Fort Tranzit” yük maşını, **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Xətanın törədilmə vaxtı xx.xx.2025-ci il saat 15:18 kimi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, “Fort Tranzit” yük maşını, **-GJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi manevr qaydalarını pozaraq, dönmə işıqlarını yandırmamış və sağdan hərəkət edən nəqliyyat vasitəsinə yol verməmiş, eyni zamanda sol tərəfdən hərəkət edən BYD markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tərəf ani manevr edərək yol nəqliyyat hadisəsi törətmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, şəkillərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İnzibati xətalar qanunvericiliyinin təməl prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən, inzibati tənbeh yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin imperativ tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) özündə ehtiva edən əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Mübahisələndirilən qərara əsasən, X3 İXM-nin 327.1-ci maddəsi ilə, yəni əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Bu hüquqpozmanın obyektiv cəhətinin tövsifi üçün "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq normalarına müraciət edilməlidir. YHQ-nin 42-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməlidir (sağdakı nəqliyyat vasitəsinə münasibətdə) və bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Eyni zamanda, həmin Qanunun 50-ci maddəsinin İ hissəsi tələb edir ki, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir (soldan gələn nəqliyyat vasitəsinə münasibətdə). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyibsə, o, təqsirsiz hesab edilir. Bu prinsip, inzibati xəta haqqında iş üzrə sübut etmə yükünün inzibati təqibi həyata keçirən orqanın üzərinə düşməsini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı sabit presedent hüququna görə (məsələn, Telfner Avstriyaya qarşı və O’Halloran və X2rşı işlər), yol hərəkəti qaydaları əleyhinə olan işlərdə obyektiv texniki müşahidə vasitələrinin (video və foto qeydiyyat) rolu həlledicidir və təqsirsizlik prezumpsiyası irəli sürülən faktiki halların obyektiv sübutlarla təsdiqlənməsi vasitəsilə təkzib edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş və hadisə anını birmənalı şəkildə əks etdirən videoçəkilişdən müəyyən olunur ki, X1 idarə etdiyi **-GJ-*** dövlət qeydiyyat nişanlı "Ford Transit" markalı nəqliyyat vasitəsi "Gənclik Mall" ticarət mərkəzi istiqamətindəki hərəkət zolağına daxil olmaq məqsədilə sol tərəfdən sağa doğru yerdəyişmə manevrinə cəhd edir. Bu manevr zamanı sürücü YHQ-nin 42.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq dönmə işıq siqnallarından istifadə etmir və sağda hərəkət edən sürücülər üçün təhlükə yaradır. Eyni zamanda, görüntülərdən aydın olur ki, şikayətçi sağdakı zolağa daxil olarkən, onunla eyni istiqamətdən (soldan) hərəkət edən **-UP-*** dövlət qeydiyyat nişanlı BYD markalı nəqliyyat vasitəsi sürəti artıraraq onun qarşısına keçir və eyni zolağa daxil olmağa cəhd göstərir. Məhz bu məqamda şikayətçi mövcud təhlükəni qiymətləndirib sürəti azaltmaq əvəzinə, əli ilə BYD markalı avtomobilin sürücüsünə iradını bildirir və sükan çarxını anidən sola çevirərək özündən solda (qarşı-sol kəsişmədə) yerləşən həmin nəqliyyat vasitəsinə zədə yetirir. Şikayətçi öz hərəkətlərinə bəraət qazandırmaq məqsədilə əsaslandırır ki, o, qəzanı bilərəkdən törətməmiş, sağ tərəfindəki digər nəqliyyat vasitəsinin güzgüsünə toxunmamaq üçün sükanı anidən sola çəkmək məcburiyyətində qalmışdır. Həmçinin, BYD markalı avtomobilin onun qarşısına qəfil çıxdığını və qəzaya məhz həmin nəqliyyat vasitəsinin səbəb olduğunu iddia edir. Məhkəmə bu dəlilləri tamamilə əsassız hesab edərək rədd edir. Birincisi, şikayətçi yerdəyişmə manevrinə başlayarkən kənar işıq siqnallarından (sağa dönmə siqnalı) istifadə etməməklə digər hərəkət iştirakçılarını öz niyyəti barədə məlumatlandırmamışdır ki, bu da birbaşa YHQ-nin 42.1-ci maddəsinin pozuntusudur. Bunun özü belə özlüyündə inzibati tənbeh üçün kifayət qədər əsas yaradır. İkincisi, şikayətçinin "sağdakı maşına toxunmamaq üçün sükanı sola çəkdim" arqumenti onu məsuliyyətdən azad edən hal kimi çıxış edə bilməz. Qanunverici YHQ-nin 50-ci maddəsinin İ hissəsində birmənalı olaraq təsbit edir ki, hərəkət üçün təhlükə yarandığını görən sürücünün edəcəyi yeganə hüquqi və adekvat hərəkət nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaqdır. Sürücünün bir təhlükədən (sağdakı maşının güzgüsündən) yayınmaq üçün sükanı kəskin şəkildə digər istiqamətə (sola) qıraraq başqa bir nəqliyyat vasitəsi üçün maneə və toqquşma təhlükəsi yaratması qanunazidd manevrdir. Üçüncüsü, videogörüntüdən şikayətçinin toqquşmadan dərhal əvvəl BYD markalı nəqliyyat vasitəsinin sürücüsünə əli ilə aqressiv şəkildə irad bildirdiyi açıq şəkildə görünür. Bu fakt sübut edir ki, şikayətçinin sükanı sola çəkməsi sağdakı təhlükədən yayınmaq instinkti (son zərurət) ilə deyil, onun qarşısına keçən BYD markalı avtomobilə qarşı yaranmış emosional reaksiyası ilə bağlıdır. Qarşıdakı (yaxud soldan gələn) nəqliyyat vasitəsinin hansı qaydanı pozmasından asılı olmayaraq, şikayətçinin bu cür ani və təhlükəli reaksiya verməsi onu manevr qaydalarını pozmaq məsuliyyətindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qənaətə gəlir ki, X3 idarə etdiyi nəqliyyat vasitəsi ilə manevr edərkən təhlükəsizlik tələblərinə riayət etməmiş, müvafiq işıq siqnallarını vermədən yerdəyişmə həyata keçirmiş və yaranmış təhlükə anında sürəti azaltmaq əvəzinə qanunsuz yerdəyişmə edərək İXM-nin 327.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mübahisələndirilən xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə, o cümlədən İXM-nin 124-cü maddəsinin prosessual qaydalarına qəti riayət olunmaqla qəbul edilmişdir. Tətbiq edilən cərimə İXM-nin 327.1-ci maddəsinin sanksiyası çərçivəsindədir və törədilmiş xətanın xarakterinə tam mütənasibdir. Şikayətçinin dəlilləri hüquqi və faktiki cəhətdən öz təsdiqini tapmadığından, məhkəmə mübahisələndirilən inzibati aktın ləğv edilməsi üçün hər hansı maddi və ya prosessual əsas müəyyən etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tətbiq edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-632/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-632/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver