Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-641/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, X2 İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət və ona əlavə edilmiş sənədlərə nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokolun ləğv olunmasını və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında protokoldan deyil, həmin protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarı əldə edib həmin qərarı mübahisələndirməli olduğu halda, inzibati xəta haqqında protokollardan məhkəməyə şikayət vermişdir ki, həmin şikayətə məhkəmədə baxılması nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad qətidir, şikayət verilə bilməz. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-641/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-641/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver