Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-756/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis İdarəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Vəkil və nümayəndə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1960-cı il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədzadə küçəsi ev 15A-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2026-cı il tarixində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə inspektoru X2 protokolu müdafiə edərək, bildirmişdir ki, Şəxs yol hərəkəti qaydasını pozduğu üçün saxla əmri verilsə də, sürücü polis əməkdaşlarına qarşı aqressiya nümayiş etdirmiş, əl-qol hərəkətləri edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa sənədlərin təqdim edilməsini bildirdikdə yenidən tabesizlik göstərmiş, Polis şöbəsinə aparmaq istəyərkən isə polis əməkdaşlarına nalayiq ifadələr səsləndirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, polisin saxla əmrini yanlışlıqla “davam et” əmri kimi başa düşmüşdür. Polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmiş, nalayiq ifadələr işlətməmişdir. Əksinə həmin əməkdaşlar şəxslə aqressiv şəkildə danışmışdır. Bun agörə dö tərəfindən 102 xidmətinə şikayət etmişdir. Aqresiv və sərt şəkildə danışdıqları üçün sənədləri təqdim etməmişdir. Heç bir inzibati xəta törətmədiyini qeyd edərək barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-potrul xidməti inspektoru X3 ifadə verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə xidmətdə olduqları zaman, **-VR-*** dövlət qeydiyyat nişanlı dönmə işığını yandırmadığına görə saxla işarəsi verildi. Sürücü sükan arxasından əlləri ilə işarə edərək, avtomobili saxlamamış və sürməyə davam etmişdir. Daha sonra arxasınca xidməti avtomobillə onu izləyərək, avtomobili saxlaması tələb edilmiş və daha sonradan dayanmışdır. Bundan sonra sürücüyə yaxınlaşaraq, nəyə görə əmrə tabe olmaması dəqiqləşdirilmiş və bu zaman başa düşmədiyinibildirmişdir. Snra sənədləri tələb edildikdə nəyə görə saxlanıldığını, heç bir qayda pozuntusu törətmədiyini bildimiş, 102 xidmətinə zəng edərək şikayət etmişdir. Lakin yenə də sənədlərini təqdim etməkdən imtina etməyə davam etmişdir. Qanuni tələblərə tabe olmadığı üçün polis şöbəsinə gətirilmişdir. Orada da etirazlar etməyə davam edərək polisin ünvanına qeyri-etik ifadə işlətmişdir. Hadisəni əks etdirən görüntü mövcuddur. Məhkəməyə təqdim edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hadisənin görüntüsünü əks etdirən DVD disk görüntüsündən aydın olur ki, Şəxs dövlət yol polisi əməkdaşlarının özünü təqdim et və sənədlərini ver əmrinə tabesizlik göstərmiş və etirazlar etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Şəxs barəsində əvvəllər məhkəmədə heç bir işi olmamışdır. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, polis əməkdaşlarının Şəxs idarə etdiyi avtomobili saxlaması barədə işarə verməsindən sonra Şəxs özünün də ifadəsində qeyd etdiyi kimi tərəfindən polis əməkdaşına “nəyə görə avtomobili saxlayırsan” formasında avtomobili idarə edərək əl işarəsi ilə bildirməsi və avtomobili idarə etməyə davam etməsi, daha sonradan polis əməkdaşı avtomobili izləyərək saxla tələbi verdikdən sonra avtomobili dayandırması işin mübahisəsiz halıdır. Şahid ifadəsindən və məhkəmədə tədqiq edilən dvd disk görüntüsündən də aydın olur ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının sənədləri təqdim etməsi və özünü təqdim etməsi barədə qanuni tələblərinə əməl olunmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-nin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-756/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-756/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver