Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-762/2026 16.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 33554737 saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 adından X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 33554737 saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-1299/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadına əsasən X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 33554737 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 33554737 saylı “İnzibati tənbeh vermə haqqında” qərar X3 barəsində qəbul edilmişdir. Həmin qəraran şikayət ərizəsi isə X1 nümayəndəsi olduğunu bildirən X4 tərəfindən tərtib edilmiş və imzalanmışdır. Lakin, ərizəni imza edən şəxsin səlahiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda şikayət ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130-cu maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən EQ seriyalı 33554737 saylı qərardan şikayət ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün X1 Baş Dövlət Yol Polis İdarəsinin EQ seriyalı 33554737 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Baş Dövlət Yol Polis İdarəsinin EQ seriyalı 33554737 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. X2 izah edilsin ki, barəsində mübahisə edilən qərardan şikayət ərizəsi onu imza edən şəxsin səlahiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə edilməklə və zəruri halda müddətin bərpasına dair vəsatət əlavə edilməklə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qətidir, şikayət verilə bilməz. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-762/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-762/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver