Məhkəmə qərarları › İş №3(5-97)-770/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-770/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-770/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin əmək müfəttişi Bayramova Xalidə Vəkil qızı tərəfindən 27 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 539.3-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 27 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən « Şəxs MMC -yə 3-17-5/2-82209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Məktub çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Nəticədə « Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasınında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X5 bildirmişdir ki, sözügedən məktub həm hüquqi ünvana, həm də elektron kabinetinə göndərilmişdir. Lakin, hüquqi şəxs məktubda qeyd edilən sənədləri Xidmətə müəyyən olunmuş müddətdə təqdim edilməmişdir. Sonda protokolu müdafiə edərək hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında qeyd etmişdir ki şirkətin layihəsi Kəlbəcər rayonunda həyata keçirilirdi, lakin bir müddət işləri dayandığı üçün şikayət edən şəxsdə daxil olmaqla maaşlar verilməmişdir. Qeyd etmişdir ki, müfəttişliyin məktubu rəsmi qaydada onlara çatmadığı və işçiləri olmadığı üçün rəsmi cavab verilməmişdir. Şifahi formada isə sorğudakı sənədlərin bir qismi təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 27 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-82209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Məktub çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Nəticədə « Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, X1 Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş müraciətinə xidmət tərəfindən baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Tələblərinə müvafiq X1 müraciəti ilə bağlı münasibət bildirilməsini və ona aid aşağıda qeyd olunmuş sənədlərin surətinin 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 3 edilmişdir. Çatdırılma vərəqindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş reyesterdə (SS929739319AZ) xx.xx.2025-ci il tarixli məktub hüquqi şəxsə çatdırılmışdır. ƏMAS sistemi çıxarışından görünür ki, sözügedən sorğu xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin kabinetinə yerləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)- 4675/2025-ci il tarixli qərarından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə təqdim edilmiş materialları, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 27 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmənin araşdırmasının predmetini təşkil edən əsas məsələ, X3 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunun Şəxs MMC -yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə müəyyən edilmiş prosessual tələblərə riayət olunmaqla rəsmi qaydada verilib-verilməməsinin müəyyən edilməsindən və bunun nəticəsi olaraq, hüquqi şəxsin hərəkətsizliyində İXM-nin 539.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibinin mövcud olub-olmamasının hüquqi qiymətləndirilməsindən ibarətdir. Məhkəmə müəyyən edir ki, Cəmiyyətin tərəfindən vətəndaşın müraciəti ilə bağlı X3 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2-82209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlərin görülməməsi faktı, prima facie (ilk baxışda) İXM-nin 539.3-cü maddəsinin dispozisiyasına uyğun gələn əməlin əlamətlərini özündə ehtiva edir. Həqiqətən də, tələb olunan sənədlərin təqdim edilməsi İXM-nin 139.1ci maddəsinin imperativ tələbinə əsasən, bütün hüquq subyektləri üçün mütləq və məcburi xarakter daşıyır. Bu öhdəliyin üzrsüz səbəbdən yerinə yetirilməməsi, idarəçilik qaydaları əleyhinə yönəlmiş müstəqil bir hüquq pozuntusu tərkibi yaradır. Bununla belə, məhkəmə, inzibati məsuliyyətin əsaslarını və hədlərini tənzimləyən fundamental prinsipləri rəhbər tutaraq, istənilən şəxsin məsuliyyətə cəlb edilməsinin yalnız maddi hüquq normalarının deyil, həm də prosessual hüquq normalarının, xüsusilə də məsuliyyətə cəlb etmə müddətlərinə dair tələblərin ciddi şəkildə gözlənilməsi şərtilə mümkün olduğunu bəyan edir. İXM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hüquqi dövlət prinsipinin mühüm təzahürlərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, qanunvericilik proqnozlaşdırıla bilən olsun və subyektləri qeyri-müəyyən müddət ərzində təqib təhlükəsi altında saxlamasın. Bu prinsip, məsuliyyətə cəlb etmə müddətlərinin müəyyən edilməsi və onlara ciddi riayət olunması institutunda özünün bariz ifadəsini tapır. Məhkəmə, İXM-nin 38.1-ci maddəsinə istinad edir. Həmin maddənin ikinci cümləsinə görə, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Bu müddətin ötürülməsi, İXM-nin 53.1.6-cı maddəsinə əsasən, inzibati icraata xitam verilməsi üçün qeyd-şərtsiz əsasdır. Poçt izləmə məlumatlarına (SS929739319AZ) və ƏMAS sistemi məlumatlarına əsasən, 3-17-5/2-82209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə çatdırılması mümkün olmadığından geri qaytarılmışdır, daha sonra xx.xx.2025-ci il tarixində ünvana çatdırılmışdır. Xidmət tərəfindən isə 27 oktyabr 2025-ci il tarixdə protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-4675/2025-ci il tarixli qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmışdır. Göstərilən tarixdən sonra bağlı Əmək Müfəttişliyi tərəfindən uzun müddət keçdikdən sonra qərarda qeyd edilən natamamlıq aradan qaldırılmış və 16 fevral 2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilərək xx.xx.2026-cı il tarixdə məhkəməyə təqdim edilmiş məktundan 3-17-5/2-82209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu çatdırılma vaxtı xx.xx.2025-ci il tarixi, eyni zamanda ƏMAS kabinetinə yerləşdirmə tarixinin xx.xx.2026-cı il olduğu görünür. Belə olan halda həmin məktubda göstərilən sənədlər ən gec xx.xx.2025-ci il tarixədək təqdim edilməli idi. Beləliklə, İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta həmin tarixdən etibarən törədilmiş hesab olunur və dörd aylıq məsuliyyətə cəlb etmə müddətinin axımı da bu andan başlayır. Bu hesablama ilə, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi üçün son tarix xx.xx.2026-cı il tarixə təsadüf edir. Yuxarıda qeyd edilənlərdən görünür ki, Əmək Müfəttişliyi Xidməti tərəfindən inzibati xəta haqqında protokol vaxtında tərtib edilsə də natamamlıq səbəbindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(005)-4675/2025-ci il tarixli qərarı geri qaytarılmış, qeyd edilən natamamlıq uzun fasilədən sonra aradan qaldırılaraq xx.xx.2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir, yəni qanunla müəyyən edilmiş dörd aylıq müddət keçdikdən sonra təqdim edilmişdir. Bu fakt, inzibati orqanın öz səlahiyyətlərini İXM-nin 38.1-ci maddəsində təsbit edilmiş prosessual müddət çərçivəsindən kənarda həyata keçirdiyini sübut edir. Məhkəmə vurğulayır ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri, dövlət orqanlarının fəaliyyətini intizamlaşdıran, vətəndaşların və hüquqi şəxslərin hüquqlarını qeyri-müəyyən təhdidlərdən qoruyan mühüm hüquqi təminatdır. Bu müddətlərin ötürülməsi ilə inzibati təqib hüququ dövlət tərəfindən itirilir və bu, maddi sübutların mövcudluğundan və ya şəxsin təqsirlilik dərəcəsindən asılı olmayaraq, icraata xitam verilməsi üçün imperativ əsas yaradır. Məhkəmə, həmçinin iş materiallarında olan ilkin pozuntu ilə bağlı sənədlərin hazırkı işin predmeti olan 539.3-cü maddəsi üzrə müddətin hesablanmasına birbaşa təsir etmədiyini, lakin səlahiyyətli orqanın öz məktubunun icrasına nəzarətdə fasiləyə yol verdiyini nəzərə alır ki, bu da hüquqi nizam-intizamın təmin edilməsi baxımından arzuolunan hal deyildir. Yekun olaraq, cəmiyyətin hərəkətsizliyində İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, inzibati xəta haqqında protokol üzrə natamam olan materialların məhkəməyə təqdim edilməsi anına qədər İXM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 53.1.6, 105.1, 114.1.4, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar