Məhkəmə qərarları › İş №3(5-97)-772/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-772/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-772/2026 17.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinin nümayəndəsi X3, Şəxs (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İXMin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X1 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən X4 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunması barədə 3-17-5/2-119850/2025 nömrəli, xx.xx.2025ci il tarixli sorğu məktubuna 7 iş günü ərzində cavab verilməmiş və sənədlər təqdim edilməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, müvafiq sənədlərin tələb edilməsi barədə protokolda qeyd olunan məktub hüquqi şəxsə göndərilmiş, lakin tələb olunan sənədlər Xidmətə çatdırılmamışdır. Bu səbəbdən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndsəi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış 3-17-5/2-9142/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə X4 Xidmətinə daxil olmuş müraciətinə baxılır. Qeyd edilən müraciətə baxılması ilə əlaqədar məktubda qeyd edilən sənədlərin (Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki hüquqi müqavilələrin (olduğu təqdirdə) surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) 7 iş günü ərzində X4 Xidmətinə təqdim edilməsi tələb edilmişdir. Elektron portaldan çıxarışdan görünür ki, sorğu xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmişdir. AZEMİS-dən əldə olunan vergi ödəyiciləri barədə məlumatdan çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1sələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541-544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işin materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutların məcmusunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs MMC əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur və onun törədilməsi tam sübuta yetirilmişdir. İş üzrə tətbiq edilən İXM-in 539.3-cü maddəsi, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi üçün məsuliyyət müəyyən edir. Bu normanın hüquqi təhlili göstərir ki, inzibati xətanın obyektiv cəhəti bir neçə alternativ hərəkətsizlikdə təzahür edə bilər: məlumatın ümumiyyətlə təqdim edilməməsi, natamam təqdim edilməsi, yanlış məlumatların təqdim edilməsi və ya qanunla müəyyən edilmiş müddətdən sonra təqdim edilməsi. Hazırkı işin hallarında, X4 Xidmətinin məktubuna müəyyən edilmiş müddət ərzində və ümumiyyətlə cavab verilməməsi faktı, xətanın obyektiv cəhətini məhz “təqdim edilməməsi” elementi ilə tam əhatə edir. Məhkəmə müəyyən edir ki, Xidmətin Şəxs MMC -dan məlumat tələb etməsi tam qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsi birbaşa müəyyən edir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini tələb etmək hüququna malikdir. Vətəndaş şikayəti əsasında araşdırma aparılması Xidmətin qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində olduğundan, onun xx.xx.2025-ci il tarixli sorğusu hüquqi şəxs üçün icrası məcburi olan qanuni tələb statusuna malikdir. İş materiallarına əlavə edilmiş elektron portandan çıxarışdan görünür ki, xx.xx.2025ci il tarixli sorğu xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Məktubun elektron kabinetə yerləşdirilməsi faktı sübuta yetirildiyindən, hüquqi şəxsin həmin məktubun məzmunu ilə tanış olduğu prezumpsiyası yaranır. İşin hallarının məcmusu göstərir ki, Şəxs MMC hüquqi şəxs kimi fəaliyyət göstərən subyekt olaraq, özünə ünvanlanmış rəsmi sənədlərin qəbulunu və onlara vaxtında cavab verilməsini təmin etməli idi. Bu vəzifənin yerinə yetirilməməsi onun təqsirini sübut edir. Belə ki, hüquqi şəxsin rəhbərliyi öz fəaliyyətini təşkil edərkən lazımi diqqət və ehtiyatlılığı göstərməmiş, nəticədə dövlət orqanının qanuni tələbi icrasız qalmışdır. Bundan əlavə, hüquqi şəxs dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, aktiv mövqe nümayiş etdirməmişdir. Məhkəmə Şəxs MMC-nin hüquqpozuntusunu aradan qaldırmaq niyyətində olmasını Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və bu Məcəllənin 116.1-ci maddəsinə əsasən şərti olaraq 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddət müəyyən edilməli, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməməli, əks halda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməli, MMC-yə cərimənin ödənilməsinin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və bu Məcəllənin 116.1-ci maddəsinə əsasən şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddət müəyyən edilsin və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməsin. Hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilsin. Şəxsnə cərimənin ödənilməsinin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar