Məhkəmə qərarları › İş №3(5-97)-812/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-812/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-812/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızı katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 12 fevral 2026-cı il tarixli, 14000-00352/26 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs (VÖEN **********) ünvanına Çindən 8 ədəd 2025-ci il buraxılışlı, “Changan Uni-Z” markalı nəqliyyat vasitəsi daxil olmuşdur. Həmin nəqliyyat vasitəsinə dair xx.xx.2026-cı il tarixli, **********0635, **********0599. **********0634. **********9927, **********0598, **********0622, **********0611, **********0626 sorğu nömrəli gömrük bəyannamələri tərtib olunmuşdur. Gömrük rəsmiləşdirilməsi zamanı AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulduğu aşkar olunmuşdur.Bununla əlaqədar X1-Təhqiqat şöbəsinə Şəxs MMC barədə 3-33-3300/012/000557 nömrəli, xx.xx.2026ci il tarixli raport daxil olmuşdur.Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs (VÖEN **********) ünvanına Çindən 8 ədəd 2025-ci il buraxılışlı, “Changan Uni-Z” markalı nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixdə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunu keçərək ölkə ərazisinə gətirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün təyinat gömrük orqanı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi müəyyən olunmuşdur. Nəqliyyat vasitəsi təyinatı üzrə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə xx.xx.2026-cı il tarixdə çatdırılmışdır. Həmin nəqliyyat vasitəsinə dair **********0635, **********0599, **********0634. **********9927, **********0598, **********0622, **********0611, **********0626 sorğu nömrəli gömrük bəyannaməsi təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gün müddətində deyil, xx.xx.2026-cı il tarixdə verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli raportdan görünür ki, "xxxx" MMC-nin ünvanına daxil olmuş nəqliyyat vasitələri **********0635, **********0599, **********0634, **********9927, **********0598, **********0622, **********0611 və **********0626 sorğu nömrəli gömrük bəyənnamələri ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublkası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulduğu, sözügedən nəqliyyyat vasitəsinin ölkə ərazisinə daxil olduğu tarixdən 15 (on beş) gün gec bəyan edildiyi müəyyən edilmişdir. “Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi”dən çıxarışdan görünür ki, Şəxs (VÖEN **********) ünvanına Çindən 8 ədəd 2025-ci il buraxılışlı, “Changan Uni-Z” markalı nəqliyyat vasitəsi ölkə ərazisinə xx.xx.2026-cı il tarixdə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunu keçərək gətirilmişdir. Gömrük bəyannaməsi üzrə çıxarışdan görünür ki, həmin nəqliyyat vasitəsinə dair **********0635, **********0599, **********0634. **********9927, **********0598, **********0622, **********0611, **********0626 sorğu nömrəli gömrük bəyannamələri xx.xx.2026-cı il tarixdə verilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş protokolu və əlavə edilmiş sənədləri araşdıraraq müəyyən edir ki, “Kiji Car" MMC tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2026-cı il tarixdə saat radələrində gətirilmiş mallara dair gömrük bəyannaməsi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən mallara dair gömrük bəyannaməsi həmin malların gömrük ərazisinə gətirildiyi tarixdən etibarən 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Lakin iş materiallarından görünür ki, sözügedən mallara dair gömrük bəyannaməsi yalnız xx.xx.2026-cı il tarixdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilmişdir. Bununla da malların gömrük ərazisinə daxil olduğu tarixdən sonra qanunla müəyyən edilmiş 15 günlük müddət pozulmuş, gömrük bəyannaməsi gecikdirilmiş qaydada təqdim edilmişdir. Beləliklə, “Kiji Car" MMC-nin hərəkətlərində gömrük bəyannaməsinin müəyyən edilmiş müddətdə təqdim edilməməsi ilə ifadə olunan inzibati xəta tərkibi mövcuddur. İnzibati xəta sübutlarla tam təsdiq olunur və iş materialları ilə ziddiyyət təşkil edən hər hansı hal müəyyən edilməmişdir. “Kiji Car" MMC tərəfindən gecikmənin üzrlü səbəbləri barədə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM): 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar