Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-823/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsi ilə tərtib edilmiş 09 fevral 2026-cı il tarixli EP ******* (00100-00579/26) nömrəli inzibati xəta haqqında protokol eyni tarixli 00100/00538 nömrəli qərardadla baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına İran İslam Respublikasından 58AA935/58AA936 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gətirilən mallara dair əvvəlcədən təqdim edilmiş **********8340 saylı xx.xx.2026-cı il tarixli qısa idxal bəyannaməsində idxal edilən malların adı, sayı XİFMN üzrə kodu və invoys dəyəri qeyd edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Bununla da Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə bildirmişdir ki, sözügedən **********8322 və **********8340 nömrəli qısa idxal bəyannamələrini tərtib edərkən qısa idxal bəyannaməsi yüklənən invoysda kapsulalar ayrılıqda göstərilmişdir. Şirkət ilkin olaraq məhsulları idxal edərkən həmin kapsulaların ayrıca müvəqqəti idxalda yoxsa mallarla birlikdə olacağının qərarını verməmişdir. Qısa idxal bəyannaməsində də gələcəkdə malların hansı prosedurda rəsmiləşməsini nəzərdə tutulmasını göstərən hər hansı qrafa yoxdur. Mallar ölkəyə gələn zaman şirkət qərara gəlmişdir ki, məhsulların qablaşdırılması müvəqqəti idxal edilsin. Buna görə də həmin məhsullar üçün müvəqqəti idxal bəyannaməsi yazılmışdır. Nəticədə İXM-in 485.1-ci maddəsindəki kimi təhrif olunmuş məlumatın verilməsi iddası əssasızdır. Çünki qısa idxal bəyannaməsində sistemə yüklənən invoysda bütün mallar göstərilmişdir. Həmçinin qısa idxal bəyannaməsində brut çəki, yəni qablaşdırma ilə birlikdə kapsulalar da nəzərə alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli **********8340 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, idxal edilən malların adı, sayı, XİFMN üzrə kodu və invoys dəyəri qeyd edilməmişdir. xx.xx.2026-cı il tarixli **********2890 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, qısa idxal bəyannaməsində qeyd edilməyən malların (xlor məhsulunun daşınması zamanı istifadə olunan qablar) adı, sayı, XİFMN üzrə kodu və invoys dəyəri qeyd edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 113.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsinə əsasən Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Gömrük bəyannaməsi bəyannaməçi tərəfindən tərtib edilərək gömrük orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtda təqdim edilməlidir və həmin bəyannamədə göstərilən məlumatlar təhrif olunmamalıdır (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 146, 148-ci maddələri). Yəni, bəyannamənin düzgün tərtib edilməməsi ilə bağlı məsuliyyət bəyannaməçinin üzərinə düşür və bu səbəbdən də İXM-in 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatın verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Nəticə etibarilə qısa idxal bəyannaməsi risklərin təhlili və gömrük nəzarətinin düzgün aparılmasının təşkili üçün dəqiq tərtib edilməlidir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-823/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-823/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver