Məhkəmə qərarları › İş №3(5-97)-849/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-849/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-849/2026 19.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Laçın ryonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Laçın rayonu, M,Əzizbəyov küç, 01 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 19 fevral 2026-cı il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bildiyini, istifadə etdiyini söyləmişdir. Əməlindən peşmandır. İ Qarabağ müharibəsinin veteranı və qazidir. Bir daha təkrar etməyəcəyini və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X1 haqqında 19 fevral 2026-cı il tarixli, 1379 nömrəli rəyindən görünür ki, Şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Şəxs yaş həddi ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. 18 fevral 2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 18 fevral 2026-cı il tarixdə saat 19:50-də inzibati qaydada tutulmuşdur. “Elektron məhkəmə” informasiya sistemidən əldə edilmiş çıxarışdan aydın olur ki, Şəxs əvvəllər də eyni maddə ilə barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuş və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə müəyyən edir ki, barəsində protokol tərtib olunan şəxs narkotik vasitədən istifadə edir və tibbi rəyə narkomaniyadan asılılıq sindiromu mövcuddur. Şəxs özünü təqsirli bilmişdir ki, bu hal yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Lakin narkotik vasitədən istifadə etmə faktı ictimai təhlükəlilik dərəcəsi yüksək olan hüquqpozma kimi qiymətləndirilir. Şəxsin asılılıq vəziyyəti onun təkrar hüquqpozma törətmə riskini artırır. Bununla yanaşı “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən hazırda narkotik vasitə istifadə ilə bağlı barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən məhkəmə icraatında cinayət işi vardır. Əvvəllər də dəfələrlə məhkum olunmuşdur. Məhkəmə hesab edir ki, inzibati gəbslə bağlı olmayan daha yüngül inzibati tənbeh tədbirlərinin məqsədəuyğun nəticə verməyəcəyi qənaətinə gələrək, məhkəmə Şəxs barəsində 206-cı maddənin sanksiyası çərçivəsində inzibati həbs cəzasının təyin edilməsini zəruri hesab edir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, məcburi müalicəyə ehtiyacı olmasını, lakin yaş həddinə əsasən məcburi müalicə almasının mümkünsüzlüyü nəzərə alınaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli 18 fevral 2026-cı il tarixdə saat 19:50-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 30, 55, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 fevral 2026-cı il tarixdə saat 19:50-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar